“Azərpoçt”un rəhbəri işindən çıxarıldı

“Azərpoçt” MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.”APA-Economics”ə MMC-dəki mənbə bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.

“Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib”, – deyə mənbə vurğulayıb. Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.

“Azərpoçt” MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirib ki, onun Ü.Mansurovun işdən çıxması barədə məlumatı yoxdur.Maraqlıdır ki, “Azərpoçt” MMC-nin rəsmi saytında “Rəhbərlik” bölməsində Ü.Mansurov barədə məlumat yoxdur. Xatırladaq ki, Ü.Mansurov “Azərpoçt” MMC-dən öncə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.