“Bandotdel”dən əməliyyat – Silahlı narkobaron saxlanıldı
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlayan və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
DİN-dən paytaxt.org-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkobaron Şəmkir rayon sakini Qalib Məmmədovda odlu silah olması barədə məlumat daxil olub.
Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.
Onun rayon ərazisindəki evinə baxış zamanı oradan 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus içərisində 8 ədəd patron olan sandıqça aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Q.Məmmədova məxsus istixanaya da baxış keçirilib. Oradan saxlanılan şəxs tərəfindən xüsusi qulluq edilərək yetişdirilən 243 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.