Cəlilabadda nişanlı gənc oğlan itkin düşüb.

Paytaxt.org bildirir ki, GoldNews.Az-ın məlumatına görə, 22 yaşlı gənc 3 gün əvvəl evdən çıxıb, hələ də qayıtmıyıb.

Cəlilabad rayonu Musalı kənd sakini Siruz Nəsirov bir neçə gün əvvəl axşam saatlarında evdən çıxıb. Səhər saatlarında onun geri qayıtmadığını görən yaxınları Siruzun mobil nömrəsinə zəng etsələr də telefon sonülü olub.

Siruzun nişanlısı da onun hara getməsindən xəbərsiz olduğunu, lakin tez-tez onun mobil telefonuna gizli nömrədən zənglər gələrkən əsəbləşdiyini bildirib. Hazırda onun itkin düşməsinin məhz həmin zənglə əlaqədar olduğu güman edilir.

Arıtıq 3 gündür ki, Siruzu axtaran doğmaları onun hara getdiyindən xəbər tuta bilmirlər. 22 yaşlı gəncin valideyinləri onun evdən küsüb getməsini mükünsüz hesab edirlər. Onların sözlərinə görə, xaraktercə sakit olan övladları indiyə kimi belə bir addım atmayıb. Artıq faktla bağlı polis şöbəsinə məlumat verilib.

Qeyd edək ki, xəzər xəbər sujetdən dərhal sonra Masallı Rayon Polis Şöbəsinə istinadən həmin gəncin meyitinin yol kənarında, üzərində zorakılıq əlamətləri ilə tapıldığını qeyd etdi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: