Hadisə bıçaqlanma cinayəti deyil, idmanda təsadüf zaman baş verib. Polis rəisindən AÇIQLAMA

“Beyləqan rayon Təhsil Şöbəsinin müdiri  Xuraman Rüstəmovanın oğlu öz iş yoldaşını bıçaqlayıb.  Və ya Beyləqan rayonunda yol polisləri arasında qanlı dava baş verib” başlıqlı məlumatlar yayılıb.

Məlumatı yayan Criminal.az, Fia.Az sayıtları baş verməyən hadisəyə münasibət belə öyrənib. Həmin saytlarda yayılan məlumatda bildirilib ki, hadisə ilə bağlı Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov da guya hadisəni təstiqləyib. Amma gecə yayılan xəbərlə gündüz verilən açıqlamalar uyğun gəlməyib. Beləki, əməkdaşlarımızın hadisə ilə bağlı rayon hüquq-müafizə orqanlarından, RMX-dan və RTŞ-nın müdirindən əldə etdiyi açıqlama bele olub. 

Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov açıqlamasında bildirdi ki, “yol polis əməkdaşının bıçaqlanması hadisəsi biz tərəfdən qeydə alınmayıb. Həmdə biz tərəfdən heç bir sayta açıqlama da verilməyib. Bizim bu barədə heç bir məlumatımız yoxdu…”

Paytaxt.org xəbər verir ki, hadisə ilə bağlı  Beyləqan Rayon polis şöbəsinin rəisi Füzuli Şıxəliyev isə bildirdi ki,” polis əməkdaşı Namiq Zeynalov idman zamanı xəsarət alıb, onun aldığı bu xəsarəti hər hansı cinayət zamanı deyil, idmanda təsadüf zaman baş verib…”

Bundan başqa Beyləqan yol polis bölməsinin rəisi Azad Məmmədov isə bu hadisədən məlumatsız olduğunu , əgər belə bir hadisə baş versəydi xəbərdar edilərdi deyib…”

Məlumat üçün bildirək ki, öz polis yoldaşını bıçaqlandırmaqda təqsirləndirilən Tural Əliyev Beyləqan rayol Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğludur. Xuraman xanım da ” polis əməkdaşı Namiq Zeynalov idman zamanı xəsarət aldığını və oğlunun yayılan məlumatla heç bir əlaqəsi olmadığını , yayılan məlumat bir qrup adamın şantajı olduğunu əməkdaşlarımıza bildirib…

Paytaxt.org

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.