Məhkəmə hakimləri cəzalandırıldı – Nazir MHŞ-nı topladı, qərar verildi + SİYAHI

Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilib.

Paytaxt.org bildirir ki, İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Tədbirdə çıxış edən Ədliyyə naziri, şura sədri Fikrət Məmmədov bildrib ki, dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi barədə 10.02.2017-ci il tarixli sərəncamı bütün hüquq-mühafizə orqanları və məhkəmələr üçün “yol xəritəsi”nə çevrilib: “Bu müstəsna əhəmiyyətə malik sənədin icrası üzrə tədbirlər Məhkəmə-Hüquq Şurasında müzakirə olunub, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliklər edilib həbs qətimkan tədbirinin seçilməsi qaydası təkmilləşdirilib və onun müddətinin uzadılmasına təsirli nəzarət mexanizmləri yaradılıb”.

Nazir bildirib ki, 2017-ci ildə səlahiyyət müddəti başa çatmış 130-dan çox hakimin fəaliyyəti qiymətləndirilmiş, ciddi qanun pozuntularına yol verdikləri aşkar edilmiş 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilmiş, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilib: “Yuxarı instansiya məhkəmələrində mövcud olan vakansiyaların komplektləşdirilməsi diqqətdə saxlanılaraq 15 nəfər ali və apellyasiya məhkəmələrinə irəli çəkilib. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində 12 hakim intizam məsuliyyətinə cəlb edilib, 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 1 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub”.

İclasda eyni zamanda 2018-ci ildə səlahiyyət müddəti başa çatan 100-dək hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi məsələləri müzakirə edilib.

Şurada qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Samir Mayılovun iş yerinin intizam qaydasında dəyişdirilməsi barədə qərar qəbul edilib. Eyni zamanda, Binəqədi rayon məhkəməsinin hakimi Mirheydər Zeynalova töhmət verilib: “Nəsimi rayon məhkəməsinin hakimi Elman İsayevə irad tutulmuş, habelə 1 hakim barədə intizam icraatı başlanılıb”.

Paytaxt.org

Рейтинг@Mail.ru
ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
[email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.