Mikayıl Cabbarov Fazil Məmmədovun kadrlarını “təmizlədi”, qalanları…? – Şok dosye

Vergilər Nazirliyində Fazil Məmmədovun kadrlarının “təmizlənməsi” əməliyyatı başa çatdı

Paytaxt.org FİA.Az – istinadən xəbər verir ki, yeni vergi naziri Mikayıl Cabbarov sələfinin adamlarını nazirlikdən uzaqlaşdırmaqla “islahat” kampaniyasını yekunlaşdırdı.

Son dövrlər vergi nazirinin əvvəlki əsib gurlaması, nazirliyi ələk-vələk eləməsi prosesində durğunluq müşahidə olunur.

M.Cabbarov Təhsil Nazirliyində Misir Mərdanovun kadrlarını işdən azad etməsini reformalar kimi təqdim etməklə analoji siyasəti Vergilər Nazirliyində həyata keçirdi.

F.Məmmədovun əksər müavinləri, müşavirləri işindən azad olunaraq yerinə M.Cabbarovun kadrları gətirildi.

Sahibkarlar, iri vergi ödəyiciləri və ümumilikdə ictimaiyyət gözləyirdi ki, təzə nazir əsaslı islahatlar aparacaq. Amma hələ ki gözə dəyməyən nazir hər hansı yeniliklə diqqət çəkməyib.

Nazir ötən ay iclas keçirmişdi. Cabbarov vergi orqanlarının fəaliyyətində yeni yanaşmalar və vergi xidmətinin qarşısında duran vəzifələrin icrası, vergi əməkdaşlarının fəaliyyətinə yeni tələblər, vergi orqanlarına etimadın yüksəldilməsi və digər məsələlərlə bağlı çıxış etmişdi.

Nazir xüsusi olaraq vurğulamışdı ki, müasir dövrdə vergi siyasəti yalnız fiskal funksiyaları yerinə yetirmir, o həm də iqtisadi inkişafın bir alətidir.

Bu baxımdan vergi orqanlarının fəaliyyəti sahibkarlığın inkişafına dəstək verməlidir. Amma hələ ki, bütün bunlar təkliflər, çıxışlar şəklindədir. Ortada real bir iş gözə dəymir.

Etiraf etmək lazımdır ki, rüşvət çirkabının yaratdığı izaholunmaz münasibətlər sisteminin ləğv edilərək tamamilə şəffaf müstəvidə yenidən qurulması təbii ki, xeyli zaman aparacaq.

Saytlar yazır ki, bu baxımdan nazirin iclasda da vurğuladığı kimi həm vergi orqanlarının sahibkarlığın inkişafına dəstək verməsi, həm də Fazil Məmmədovun pambıqla baş kəsən İlqar Əhmədov – Habil Məmmədov duetinin başçılıq etdiyi şəbəkənin cinayətkar əməlləri hesabına vergi orqanlarına itmiş etimadın yenidən bərpası üçün 3 ay elə də böyük zaman kəsiyi hesab oluna bilməz.

FİA.Az xəbər verir ki, hələ də nazirlikdə F.Məmmədovdan tək-tük qalan adamları işləyirlər. Onların mediada adı sahibkarlara təzyiq göstərməkdə ittiham olunur.

Son vaxtlar sahibkarların ən çox şikayət etdiyi vergi məmurlarından biri də sabiq İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin Direktoru Vüsal Azər oğlu İsmayılovdur. Sahibkarlar şikayət edir ki, Vüsal İsmayılov öz idarəsində “iri bazar” açıb.

İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru V.İsmayılov öz vəzifə səlahiyyətlərindən istifadə edərək iri vergi ödəyicisi olan şirkətlərə təyziq edir ki, bütün alqı-satqı müqavilələri və pul köçürmələri yalniz onun çətiri altinda işləyən şirkətlər vasitəsi ilə aparılsın.

Hətta ayrı-ayrı şirkətlərlə bağlanmış müqavilələri ləğv etdirməkdən də çəkinmir. Tabe olmayan şirkətlərin isə min cür bəhanələrlə hesabları bağlanır və ya qanunsuz olaraq iri məbləğlərdə cərimələrlə şirkətin iş fəaliyyəti çətinləşdirilir.

Dövlət sifarişlərini yerinə yetirən, tenderlərin qalibi olan iri vergi ödəyicisi olan şirkətlər isə fəaliyyətlərində problem yaranmasın deyə Vüsal İsmayilovun “çaldığı havaya oynamağa” məcbur olurlar.

Mətbuatda gedən yazılara görə, Fazil Məmmədovun “sağ əli” hesab olunan müşaviri İlqar Əhmədovun da 2010-2015-ci illər ərzindəki fəaliyyəti ayrıca yoxlansa tükürpədici faktların ortaya çıxacağı qaçılmaz olacaq.

1) Məhz onun rəhbərliyi ilə ölkədəki tikinti şirkətlərinə sözün həqiqi mənasında divan tutulduğu, bir çox şirkətlərin müflis edildiyi və sahiblərinin başına oyun açıldığı təsdiqini tapacaq.

2) Şadlıq saraylarının vergiyə cəlbedilməsi və dövriyyəsinin müəyyənləşdirilməsi də İlqar Əhmədovun sevimli hobbilərindən hesab olunub və məhz o hansı şadlıq saraylarının aylıq və illik hansı məbləğdə haqq ödəməsini öz arşını ilə ölçüb…

3) Xidmətdə fərqlənən vergi əməkdaşlarının mükafatlandırılması və onlara hansı kriteriyalara görə seçilməsi də çox hörmətli Mikayıl Cabbarovun islahatçı-təftişçi komandasının araşdrıma predmeti ola bilər.

4) Ölkədə istehsal sahələrinin və beləliklə də iş yerlərinin açılmasını təşviq etmək əvəzinə bu sahəyə yatırım qoyan sahibkarların başına oyunlar açılması da diqqətdən qaçmamıldır.

Bu gün biz media olaraq təkcə Bakıda deyil, regionlarda da çoxsaylı iş yerlərinin bağlanmasının və sahibkarların ölkədən baş götürüb getməsinin də təkcə keçmiş MTN şefi Eldar Mahmudovun cinayətkar bandasının əməllərinin nəticəsi olduğu ilə razılaşmamalıyıq. Burada İlqar Əhmədovun da özünəməxsus payı və “xidmətlər”i var…



Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: www.paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.