Narkoloji Mərkəzdə baş verən dəhşətli yanğında, yananların ürəkağrıdan – FOTOLARI
Martın 2-si Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.Paytaxt.org Minval.İnfo-ya istinadən xəbər verir ki, yanğın nəticəsində 24 nəfərin yanmış cəsədi aşkar edilib. Dəhşətli hadisədən sonra ölənlərin sayı bəlli olsa da, onların adları açıqlanmayıb.

Buna baxmayaraq dəhşətli hadisədə həlak olanlardan bəzilərinin adları və fotoları yayılıb. Sosial şəbəkələrdə yanğın zamanı dünyasını dəyişmiş insanların yaxınları bu barədə paylaşımlar edirlər.

Faciəvi yanğında ölənlərdən birinin Elnur Süleymanov adlı vətəndaşın olduğu bildirilir.

Sosial şəbəkədə yayılan məlumata görə, Elnur musiqiçi imiş.
Belə ki, baş verən dəhşətli yanğın zamanı dünyasını dəyişən 26 nəfərdən biri də vəkil Elxan Əsədov olub. E.Əsədov da mərkəzdə müalicə alırmış.
Həmin şəxslərdən biri dispanserdə  stomatoloq işləmiş Azər Sadəddinovdur. Bu haqda Teymur Səmədov adlı sosial şəbəkə istifadəçisi paylaşım edərək məlumat verib:
“Yanğında həlak olanlardan biri də Azər Sadəddinovdur. O, həmin dispanserdə diş həkimi işləyib. Yaxşı insan idi. Ölümünə inana bilmirəm”.
Qeyd edək ki, Azər Sadəddinov tanınmış hüquq müdafiəçisi Murad Sadəddinovun qardaşıdır.
Narkoloji Dispanserdə yanğın hadisəsində dünyasını dəyişən Suraxanı Qəsəbə sakini 26-yaşlı Fəraməz Nazim oğlu
Allah rəhmət eləsin.
Рейтинг@Mail.ru
ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
[email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.