Polis zabitinin adam vurması ilə bağlı DİN-nin mətbuat xitməti məlumat yaydı – rəsmi

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli paytaxt.org-a məlum hadisə ilə bağlı açıqlama verib.

Beləki, ötən gün Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barəsində bəzi xəbər saytlarında yerləşdirilmiş yazılarda hadisəyə dair bəzi məqamlar təhrif olunmuş formada təqdim edilmiş, materialda adı çəkilən polis əməkdaşı barədə əsassız və böhtan xarakterli məlumatlar yayılmışdır.

Belə ki, Şirvan ŞPŞ-nin əməkdaşı Bəhruz Qurbanov cari il  aprelin 15-də gecə saatlarında öz vəzifəsinin icrası ilə əlaqədar xidməti avtomobillə şəhərin T.İsmayılov küçəsində hərəkətdə olarkən yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən şəhər sakini Camal Vəliyevi vurmuşdur. Özünü itirməyən polis əməkdaşı dərhal hadisə yerinə təcili tibbi yardım briqadasını çağırmış və sonra  həkimlərlə birlikdə xəstəxanaya getmişdir.

Yazılarda göstərilən iddiaların əksinə olaraq nəqliyyat vasitəsini idarə edərkən polis əməkdaşı sərxoş olmamışdır. Bu məqsədlə B.Qurbanov Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şirvan şəhər Şöbəsində alkotester müayinəsindən keçirilmiş və onun sərxoş olmadığı müəyyən edilmişdir. Əksinə, araşdırmalar zamanı mərhumun özünün toy məclisdindən qayıtdığı məlum olmuş, artıq vəfat etmiş bu şəxsin sərxoş olub-olmadığının müəyyənləşdirilməsi üçün onun meyidindən qan nümunələri götürülmüşdür.

Onu da qeyd etməyi lazım bilirik ki, yazılarda B. Qurbanov və ailə üzvləri barəsində yayılan, polis əməkdaşının işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən iddialar  aidiyyati dövlət qurumları tərəfindən dəfələrlə araşdırılmış və təsdiqini tapmamışdır.

Hazırda faktla əlaqədar Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. paytaxt.org

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.