Qadın özünü yandırdı — Bakıda DƏHŞƏT
Bakının Xəzər rayonunda dəhşətli hadisə baş verib. Paytaxt.org xəbər verir ki, “Ölkə.Az”a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, martın 27-si gecə saatlarında Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivindəki yaşayış olmayan yarımtikilidə yanmış qadın meyiti tapılıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları və məhkəmə-tibbi ekspertiza şöbəsinin əməkdaşları ilkin müayinələr aparıblar. Məlum olub ki, yanan qadın 1956-cı il təvəllüdlü Nina Mamedovadır. Belə ki, tüfeyli həyat tərzi keçirən qadın sərxoş halda yaşayış olmayan yarımtikilidə ocaq qalayıb və qızınmaq istəyib.

Ancaq yüksək dərəcədə alkoqollu içki qəbul etdiyindən yuxulayıb və ocağın üstünə yıxılıb. Nəticədə məlum hadisə baş verib.



Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: www.paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.