“Sən Allahsan, yoxsa prezidentliyə namizəd?” – Cəlaloğludan sillə kimi cavab – VİDEO

Ötən gün prezidentliyə namizədlərin İTV-də beşinci dəyirmi masası baş tutub.

Paytaxt.org Yenicag.az-a istinadən  xəbər verir ki, Cəbhəçilərin Təşəbbüs Qrupundan prezidentliyə namizəd Razi Nurullayev çıxışında ənənəvi dinlərin fəaliyyət göstərməsi üçün hər cür şəraitin olduğunu bildirib. O, Azərbaycanın müsəlman ölkələri arasında ən dünyavi, ən yaşamalı ölkə olduğunu qeyd etməklə yanaşı, tolerantlığın güclü olduğunu söyləyib.

Dini radikal cərəyanların varlığından narahat olduğunu bildirən Nurullayev, hakimiyyətə gələcəyi təqdirdə dini azadlığı məhdudlaşdıracağını qeyd edib. Razi Nurullayev bu səbəbdən İslam modelini hazırladığını deyib.

Onun çıxışının ardınca Sərdar Cəlaloğlu Razi Nurullayevdən onun Allah, yoxsa prezidentliyə namizəd olduğunu soruşur. Cəlaloğlu bildirib ki, İslam modeli Quranda yazılıb.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.