Şamaxıda sosial partlayış: Etiraz aksiyalarına başlayan əhali mərkəzi yolu bağladı

Şamaxıda etiraz akiyaları başlayıb. Daxil olan məlumatda bildirilir ki, hazırda rayonun mərkəzi küçəsində əhali  aksiyası keçirilir. Vətəndaşlar sosial problemlərinin həll olunmaması və içməli suyun verilməməsinə etiraz olaraq rayonun su idarəsinin qarşısına toplaşıblar. Onların tələbləri sırasında rayonda yolların bərbad vəziyyətdə olması və yol idarəsinin müdirinin yolların təmiri üçün ayrılan pulları mənimsəməsi və onun cəzalandırılması yer alır.

Aksiyada 200 -ə yaxın insanın iştirak etdiyi bildirilir və şəhərin mərkəzi yolunda nəqliyyatın hərəkəti dayandırılıb.
Yolun açılması və aksiyanın dayandırılması üçün rayon rəhbərliyi və polis etirazçılarla danışıq aparır.
Ətraflı məlumat verəcəyik.Realliqinfo.org

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.