TƏCİLİ: Seçkiyə bir neçə gün qalmış Türkiyədə yeni prezidenti bəlli oldu – İlkin nəticələr AÇIQLANDI

24 iyunda Türkiyədə keçiriləcək seçkilərə 4 gün qaldı. Publika.az xəbər verir ki, “Star” qəzeti seçkilərlə bağlı keçirilən son ictimai rəyin nəticələrini açıqlayıb.

Sorğunun nəticələrinə görə, AKP sonuncu referendumda topladığı 50 faizdən az səs toplamayacaq.

AKP-MHP-BBP-dən ibarət “Cümhur İttifaqı”nının 53-56 faiz səs alacağı proqnozlaşdırılır. İttifaq içində AKP-nin səsi 45-48 faiz arası hesablanır. İttifaqın namizədi Rəcəb Tayyip Ərdoğanın ən az 51-53 faiz səs alacağı gözlənilir.

Gözləntilərə görə, AKP seçkidən sonra parlamentdə 300-dən çox yer alacaq.

CHP-İyi Partiya-Səadət Partiyasından ibarət “Millət İttifaqı”nın 28-32 faizə qədər səs alacağı proqnozlaşdırılır.

İttifaqın içində CHP-nin və CHP namizədi Muharrem İncənin 23-26, İyi Partiyasının 7-11, bu partiyanın namizədi Meral Akşenerin isə 9-12 faiz arası səs alacağı gözlənilir.

HDP-nin isə 8-11 faiz səs alacağı və barajı keçə bilməcəyi proqnozlaşdırılır.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.