BİABIRÇILIQ – rejissor azərbaycanlı aktrisanı zorladı Və… – FOTOLAR + VİDEO

Fatiməninin bunu indi etiraf etməsi isə veriliş zamanı müzakirələrə səbəb olub.

 Azərbaycanlı aktrisa və müğənni Fatimə Abbasquliyeva “Rossiya 1” telekanalında illər əvvəl məşhur teatr rejissoru və pedaqoq Mark Rozovski tərəfindən zorlandığını bildirib.

Paytaxt.org GoldNews.az-a istinadən  xəbər verir ki, Malaxovun proqramına qonaq olan Fatimə Azərbaycanda doğulub.

Anası skripkaçı, atası isə yazıçıdır.

O, on beş yaşında “Miss Azerbaijan” layihəsinin qalibi olub. Müxtəlif nominasiyalar üzrə mükafatlar qazanan Fatimə müğənnilik etməyə başlayıb. Abbasquliyeva daha sonra Moskvanı fəth etmək qərarına gəlib.

Rusiya Teatr Akademiyasına daxil olan Fatimə üçüncü kursda Mark Rozovskidən dərs almağa başlayır.

Aktrisanın dediyinə görə, Mark ona teatrdan kənarda görüşməyi təklif edib. Həmin günü Fatiməyə komplimentlər edən Rozovski onu zorlayıb.

Abbasquliyeva daha sonra rejissorun seks oyuncağına çevrilməmək üçün teatrdan ayrılır. Həm də Markın həyat yoldaşı ilə eyni müəssisədə çalışmaq onun üçün çətin olub.

12 ildən sonra özündə güc tapan Fatiməninin bunu indi etiraf etməsi isə veriliş zamanı müzakirələrə səbəb olub.

Proqramda iştirak edən qonaqlar həmin vaxt rejissorun arvadına xəbər vermədiyinə görə Fatiməni qınayıblar.

 

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.