Cansız bədəni tapılan alpinist Baburun ürək dağlayan SON SÖZLƏRİ – ŞOK VİDEO

2017-ci il dekabrın 23-də Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətinə yola çıxan və qar uçqununa düşərək həlak olan “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun cansız bədənləri dünən aşkar edilib.

Paytaxt.org  xəbər verir ki, itkin düşmələrindən 5 aya yaxın müddət keçməsinə baxmayaraq, onların qohumları və dostları yaşamalarına dair ümidlərini itirməyib və mütəmadi olaraq sosial şəbəkələrdə onların şəxsi hesablarına mesajlar yazıb.
İtkin düşənlərdən biri Babur Hüseynovun feysbuk hesabında yayımladığı son paylaşım isə insanın qanını dondurur.
Belə ki, o, öz hesabında Rusiyanın “Kauan” qrupunun ifa etdiyi “Kokea Sisar” adlı mahnısını paylaşıb və “möhtəşəmliyə yaxın olmağın sahilində, ya da uçurumun kənarında, ola da bilər ki, toxunulmazlığın üfüqündə” sözlərini yazıb.
Mahnının bir hissəsində isə bu sözlər deyilir:
“Tanrının kor bacısı
Sizi çağırır,
Sizi fısıldayır
Başqa bir unudulmuş sahildən…”(Publika.az)
ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.