Dəhşətli yanğında diri-diri yanan xəstələrin ayaqları bağlı olub? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

Yanğınla bağlı bir çox söyləntilər istər yaxınları yanan insanları, istərsə də digərlərini ciddi şəkildə narahat edir. Belə ki, yayılan bəzi məlumatlara görə 25 nəfərin yanmasına səbəb həmin xəstələrin yatdığı palatanın qapılarının bağlı olması, bəzi məlumatlarda isə xəstələrin ayaqlarının çarpayıya bağlı olduğu üçün yandıqları bildirilir.

Bununla bağlı BiG.AZ əməkdaşına danışan Respublika Narkoloji Mərkəzinin əməkdaşı yayılan məlumatları təkzib edib və xəstələrin yatdığı üçün yanğından xilas ola bilmədiklərini bildirib:

“Yayılan məlumatlar əsassızdır. Bu yananların ailələrinə və digər insanlara narahatlıq yaşatmaqdan başqa bir şey deyil. Qapılar bağlı olmayıb, eləcə də xəstələrin ayaqları çarpayıya bağlanmayıb. Sadəcə olaraq yanğın gecə saatlarında, səhərə yaxın baş verdiyinə görə xəstələr yanğına yatılı yaxalanıblar və xilas ola bilməyiblər”.
Bu olayla bağlı istintaq qrupu yaradılıb, araşdırma aparılır.
ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.