Erməni kriminal avtoritetlər Quliyə qarşı birləşdi: Andronik Soqoyan və digərlərinin “taxt” HESABLAŞMASI

Türkiyə polisi 22 dekabrda İstanbulda güllələnmiş, kriminal aləmdə daha çox Dato Pankiski kimi tanınmış “qanuni-oğru” David Alxanişvilinin qatillərinin izinə düşüb.

Paytaxt.org Avropa.info-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Praym Kraym” agentliyi məlumat yayıb.

Rus mətbuatının Türkiyə hüquq-mühafizə orqanlarına istinadən yaydığı xəbərdə bildirilir ki, killerlər Ermənistan vətəndaşları olublar. Cinayətin təşkilatçısının isə erməni “qanuni-oğru” Andronik Soqoyan (Zap Leninakanski) olduğu ehtimal olunur.

“Praym Kraym” yazır ki, Pankiskinin qətlindən sonra o, azərbaycanlı №1 “qanuni-oğru” Nadir Səlifovun (Quli) qətlinə sifariş alıb. İstintaqın rəyinə görə, Quli Zaxari Kalaşovdan (Şakro Molodoy) sonra Rusiyanın kriminal aləminin “taxt”ına baş namizəd sayılır.

Soqoyanın Kalaşovun bacısı oğlu Dato Ozmanovun sifarişi ilə hərəkət etdiyi ehtimal olunur. 2011-ci ildə Pankiski və bir neçə fəaliyyətdə olan və gələcək “qanuni-oğru” Belçikada Ozmanova divan tutmuşdu. Onun bədəninə, o cümlədən, sifət və başına çoxsaylı bıçaq yarası endirmişdilər. Lakin o, sağ qalmışdı.

“Praym Kraym”ın mənbəyinə görə, bu yaxınlarda Dato Ozmanovun vasitəçiliyi ilə Andronik Soqoyan və 2016-cı ilin avqustunda qətlə yetirilmiş azərbaycanlı kriminal avtoritet Rövşən Caniyevin (Rövşən Lənkəranski) qohumu və eyni zamanda qaynı Zaur Əhmədovla danışıqlar baş tutub.

Lənkəranskinin ölümündən sonra Moskvanın mərkəzindəki böyük topdan-pərakəndə satış mərkəzi “Fud Siti”də, Kalujski şosesində ona məxsus ticarət obyektləri Zaur Əhmədovun əlinə keçib.

Lənkəranskinin qatilinin kim olması isə hələ də müəyyən edilməyib.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.