Gənc yazardan şok açıqlama: “Biz niyə qeyrəti paçanın arasında axtarırıq?!” – VİDEO

“Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişində qonaqlardan biri qalmaqallı sözlər işlədib.

Paytaxt.org Minval.info-ya istinadən xəbər verir ki, proqramda mədəniyyət və “mədəniyyət” mövzusu ətrafında müzakirə aparılıb.

Verilişə dəvət alan yazar Kərəmat Böyükçöl çıxış edərkən qərbli ilə şərqlini müqayisə edib:

“Məsələn, avropada bir qız gecəsini gündüzə qatır, oxuyur, təhsil alır və savadlı həkim olur. Əməliyyat etdiyi kişidən xoşu gəlir və onunla müvəqəti həyat yaşamaq istəyir. Həmin şəxslə bir-iki ay yaşadıqdan sonra sevgiləri unudulur. İndi isə Şərqdən bir qadını misal çəkək. Atası 200 min verib Tibb Universitetinə düzəldəcək, yanına mühafizəçi salacaq, altına da maşın qoyacaq. Onu universitetə aparıb-gətirəcəklər, qiymətlərini də yazdırdacaqlar. Heç çox vaxt da ali məktəbə getməyəcək. Bu adam savadsız həkim olacaq. Əməliyyat etdiyi adamların sağ ayağı əvəzinə solu kəsəcək. İndi siz deyin, əxlaq, mədəniyyət hansıdır? Mənim nəyimə lazımdır o qızın intim həyatı. Biz niyə namusu, qeyrəti paçanın arasında axtarırıq?!”

Qeyd edək ki, verilişin tam versiyası həftənin cümə axşamı telekanalda yayımlanacaq.

“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişi həftədə iki dəfə – 4-cü və 5-ci günlər saat 21:45-də efirə gedir. 

Xatırladaq ki, verilişin informasiya dəstəkçisi Minval.İnfo saytıdır.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.