Məcburi köçkünlər yolu bağladılar – DƏRNƏGÜLDƏ AKSİYA

Dərnəgüldə məcburi köçkünlərin məskunlaşdıqları yataqxanalara elektrik enerjisinin verilişi dayandırılıb.Paytaxt.org,Yenicag.az-a istinadən xəbər verir ki, sözügedən ərazidəki yataqxanalarda işığın kəsilməsi məcburi köçkünlərin sərf etdikləri elektrik enerjisinə görə ödəniş etməmələri ilə əlaqələndirilib.

Məlumata görə, artıq bir neçə saatdır ki, həmin yataqxanalarda elektrik enerjisi kəsilib.

Buna etiraz edən məcburi köçkünlər problemin həll olunması tələbi ilə yaxınlıqdakı yolu bağlayıblar.

Əraziyə polis əməkdaşları cəlb olunub.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.