Seks köləsi kimi istifadə edilən qadınların cəsədlərinin basdırılma anı – dəhşətli kadrlar – VİDEO

İkinci Dünya müharibəsinə aid Yaponiya ilə bağlı qorxu dolu video və şəkillər yayılıb.

Xarici mətbuatın yaydığn xəbərə görə, görüntülərdə Yaponiya ordusunun seks köləsinə çevrilən qadınların zorlandıqdan sonra öldürülüb, basdırılması əks olunub.

Qadınlar 1944-cü ildə Yaponiya ordusu tərəfindən Çinin şəhərində qəddarlıqla öldürülüb. Həmçinin bildirilir ki, həmin dövrdə 200 000-dən çox qadın əsgər fahişəxanalarında işləməyə məcbur edilib.

Seks köləsi kimi saxlanılan qadınların çoxu koreyalı olsa da, onların arasında çinlilər və cənub-şərqi Asiya ölkələrinin vətəndaşları da olub.

Görüntüləri cənubi koreyalı tədqiqatçılar Amerikanın milli arxiv idarəsindən tapıb, müharibə dövründə qadınlardan seks köləsi kimi istifadə edilməsi barədə keçirilən konfransda ictimaiyyətə təqdim ediblər.

19 saniyəlik videoda öldürülən qadınların çuxura atılması əks olunub.

Paytaxt.org Milli.Az-a istinadən dəhşətli görüntüləri təqdim edir:

Videonu izləmək üçün şəklə klikləyin:
Seks köləsi kimi istifadə edilən qadınların cəsədlərinin basdırılma anı - dəhşətli kadrlar

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.