“X planeti” – “Dünyada kütləvi məhvolmalar başlayıb…” – FOTOLAR

ABŞ-ın Arkanzas Universitetindən olan alimlər Yer kürəsində baş verən kütləvi məhvolmaların səbəbini araşdırıblar. Onların fikrincə, bunun səbəbi Yerin ətrafında hərəkət edən “X planeti”dir.

Paytaxt.org Publika.az-a istinadən xəbər verir ki, göy cisminin orbitini müşahidə edən amerikalı astrofiziklərin gəldiyi qənaətə görə, “X planeti” Günəş şüalarının Yer kürəsinə çatmasının qarşısını alır.

Alimlər qeyd edibər ki, “X planeti” 27 milyon il ərzində ilk dəfə özündə müxtəlif ölçülərdə çoxsayda asteroid saxlayan Koyper kəmərindən kənara çıxıb. Bu tip hadisələr nəticəsində meteroidlər Yerə doğru yönəlir. Yer planetini meteroidlərin təsirindən qoruyan Yupiter onların bəzilərinin qarşısını alsa da, bir qisminin planetə yaxınlaşmasına mane ola bilmir.

Yer kürəsinə meteoridin düşməsi bütün canlı aləmə neqativ təsir göstərə bilər. Söhbət xüsusi bərkimiş toz halında olan radiasiyalı meteroiddən gedir. Belə bir meteroidin planetə düşməsinin fəsadları daha ağır ola bilər.

Bir çox alimlər isə kütləvi məhvolmaların “X planeti” faktoru ilə əlaqəli olduğuna əmin deyil. Ümumiyyətlə “X planeti”nin mövcudluğu barəsində də müəyyən şübhələr var. Nəticə olaraq, kütləvi məhvolmalar Yer planetində baş verən ən sirli və müəmmalı hadisələrdən biridir.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.