Xalq artisti BİABIR ETDİ: “Ayıbdır, xanımlığına hörmət elə”

Xalq artisti, zərb ifaçısı Sadıq Zərbəliyev səsi olmayan, qalmaqalla gündəmə gələn müğənniləri tənqid atəşinə tutub.Milli.Az xəbər verir ki, yeniçağ.az-a açıqlama verən xalq artisti xüsusən də xanım sənətçilərə qalmaqal yaratmağı yaraşdırmadığını bildirib:

“Sovet vaxtı ustad sənətkarlar yığışıb Bədii Şurada müəyyən edərdilər ki, hansı  müğənninin səsi var, hansının yoxdur. Onda hər adam asanlıqla musiqi aləmində görünə bilməzdi. İndi belə deyil. Səsi olmayan da aparatla oxuyur. Yaxud da sənəti olmadığı üçün  başlayırlar gündəmə gəlmək üçün qalmaqal yaratmağa. Ən pisi budur ki, xanım sənətçilər bir-birini söyür, qalmaqal edir. Ayıbdır. Belə şeyləri bizim millətə yaraşdırmıram. Xanım xanımlığını saxlamalıdır. Bəylər də onlara hörmət etməlidir”.

 Xalq artisti sponsor hesabına məşhur olan müğənnilərdən də danışıb:

“O boyda dünya şöhrətli Zeynəb Xanlarovanın sponsoru olmayıb. Öz səsi və sənəti sayəsində bütün dünyada tanınıb. Bu gün də səsi ilə hər kəsi valeh edir. İndi bəzi sənətçilər sponsorların hesabına reklam olunur”.



Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: www.paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.