Yanacaqdoldurma məntəqəsində öldü – şöbə rəisi dünyasını dəyişdi (FOTO)

Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.

Oxu.az xəbər verir ki, şəhərin mərkəzində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olan “KİA” markalı avtomobilin sürücüsü qəfil keçinib.

Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları çağırılıb. Aparılan araşdırmalar zamanı ölən şəxsin 1959-cu il təvəllüdlü Quliyev Rövşən olduğu məlum olub.

Şahidlərin sözlərinə görə, o, benzin doldurmaq üçün məntəqəyə daxil olub, avtomobili saxlayıb, mobil telefonuna baxdıqdan sonra qulağından qan gəlib və huşunu itirib.

Həmçinin mərhumun rayonlardan birində şöbə rəisi olduğu qeyd edilib.

Faktı Sumqayıt şəhər prokurorluğu araşdırır.

Samir İsayev

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.