Category archives for: Dünya

İsrail-İran müharibəsi başlayır – ABŞ kəşfiyyatından son dəqiqə açıqlaması

Ehtimal edilən İsrail-İran müharibəsi üçün poliqon artıq hazırdır. Müharibə perspektivli gərginlik tərəfləri Livana çəkir. Paytaxt.org teleqraf.com-a istinadən bildirir ki, ABŞ kəşfiyyatı İsrail-İran gərginliyinə dair ilginc faktlar əldə edib. Kəşfiyyat orqanlarından KİV-ə sızdırılan məlumata görə, bir neçə gün əvvəl İsrail qırıcılarının (“F-35”) Livanın paytaxtı Beyrut üzərində manevr etməsi təsadüfi deyildi. Bu, mümkün müharibəyə hazırlığın yekun mərhələsi, yaxud, […]

İran yenə qarışdı – ölən və yaralananlar var – VİDEO

İranın Fars əyalətinin Kazerun şəhərində etiraz aksiyaları keçirilib. Publika.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, ötən gecə keçirilən aksiyalar nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Məlumata görə, aksiyalar şəhərin iki hissəyə bölünməsinə etiraz olaraq keçirilib. Nümayişçilərdən bəziləri şəhərin polis bölməsinə hücum edərək onu yandırıblar.

“Aprel müharibəsi”ni başladan şəxs müdafiə naziri təyin edildi – Paşinyandan Putin üçün İNANILMAZ TƏLƏ

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın David Tonoyanı müdafiə naziri təyin etməsi diqqət çəkdi. Paytaxt.org Publika.az-a istinadən  xəbər verir ki, D. Tonoyan Ermənistanın hərbi mühiti üçün yeni adam deyil. Onun ən böyük fəaliyyəti isə 2016-cı ilin aprel təxribatına arxitektorluq etməsidir. D.Tonoyan hədsiz aktiv nazir müavini idi. Rusiya ilə əlaqələri minimal olsa da, Qərbdə üzünə bütün qapılar açıq […]

Yəhudilərdən ABŞ və İngiltərəyə ŞOK ÇAĞIRIŞ: “İsrail dövlətini dağıdın” – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərəyə səfəri çərçivəsində yəhudi Haham Elahanan Bek və “Neturei Karta” Ortodoks Musəvi Camaatı üzvləri ilə görüşüb. Publika.az xəbər verir ki, görüşdən sonra yəhudilər jurnalistlərə açıqlama verib. Haham Bek İngiltərə və ABŞ hökumətinə çağırış edərək “İsrailə yardım etməyin yəhudi xalqının lehinə olmadığını qavramalı və anlamalıdırlar” deyib. “Bu gün dünyada yəhudi xalqı üçün […]

Son dəqiqə: Türkyə İsrail səfirini ölkədən qovdu

İsrailin Türkiyədəki səfiri Eitan Naeh Xarici İşlər Naziriliyinə çağrılıb. Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qəzza bölgəsindəki son hadisələrlə bağlı səfirə etiraz notasa verilib və ölkəni tərk etməsi təklif olunub. Qeyd edək ki, Türkiyə XİN ölkənin İsraildəki səfiri Kemal Ökeni geri çağırıb. Xatırldaq ki, ABŞ-ın İsrail səfirliyinin Qüdsə köçürülməsi ciddi etirazlara səbəb olub. Dinc […]

İranda yeni inqilab gözlənilir: Ağ Evin ŞOK PLANI

“ABŞ-ın İranla nüvə sazişindən çıxması təsəvvürü belə heç də yaxşı olmayan hərbi-siyasi konfliktlə nəticələnə bilər. Hadisələrin inkişafı böyük ölçüdə Avropanın Donald Trampa müqavimətindən asılı olacaq. ABŞ-ın nəyə nail olacağı və Avropa Birliyinin rolu hadisələrin sonrakı inkişafına təkan verəcək”. Cebhe.info xəbər verir ki, bunu Rusiyanın İrandakı sabiq səfiri Aleksandr Maryasov deyib. Rusiya mətbuatının yazdığına görə, ABŞ-ın bu […]

Tiflis bu gecə yatmadı: etirazçılar meydanda rəqs etdi

Minlərlə gənc bu gecə Tiflisdə etiraz aksiyasını davam etdirib.Teleqraf.com-un “RİA Novosti”yə istinadən xəbərinə görə, aksiya polisin gecə klublarında narkotiklər əleyinə reyd keçirməsinə etiraz əlaməti olaraq keçirilib. Aksiya keçirən gənclər parlament binası qarşısında klub musiqisi səsləndirərək, rəqs ediblər. Bu görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, Tiflisidə“Basiani” və “Gallery” gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 […]

İsrail və İran arasında hərbi toqquşma: Qarşılıqlı raket zərbələri işə düşdü

İran və İsrail arasında gərginlik hərbi toqquşma mərhələsinə keçib. Əvvəlcə İranın “Əl-Qüds” hərbi qüvvələri İsrailin Qolan təpələrində yerləşən qoşunlarına 20 raket zərbəsi endirib. Ardınca cavab olaraq İsrail ordusu Suriyada İranın hərbi obyektlərini hədəfə alıb. Təl-Əviv əvvəlcədən bu barədə Moskvanı xəbərdar etdiyini açıqlayıb. Suriya hərbi mənbələri bildiriblər ki, İsrail ordusunun buraxdığı raketlərin əksəriyyəti hədəfə çatmayıb.Hərbi toqquşma […]

İsrail İranı vurdu: silah anbarı və müdafiə batareyası məhv edildi

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanı bombalayıb. Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərə görə, qırıcılar Suriyadakı İrana məxsus onlarla obyekti və Hava Hücumundan Müdafiə batareyasını vurub. Hava zərbələri Dəməşqin şimalında yerləşən İran hərbi düşərgəsinə və hava limanındakı silah anbarlarına endirilib. İsrail tərəfi hücumların gecə Suriya tərəfindən atılan […]

Ermənistanın müdafiə naziri istefa verdi

Ermənistan müdafiə naziri Viqen Sarkisyan istefa verib. Müdafiə naziri vəzifələrinin icraçısı bunu ölkənin silahlı qüvvələrinin şəxsi heyəti, veteranlar və ictimaiyyətə müraciətində deyib. “Siyasi hadisələr səbəbindən sizinlə ordu rəhbəri statusunda vaxtından əvvəl vidalaşmağın vaxtı çatıb. Belə daha düzgündür. Nazir rəsmi siyasi şəxsdir və onun işi yalnız həmfikir komandanın tərkibində səmərəli olar”, – deyə Sarkisyan bildirib. ///Qaynarinfo

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.