Category archives for: Gündəm

Azərbaycanla İran sərhədinə beton divar çəkilir

Azərbaycan və İran arasında Astaraçay sərhədinin möhkəmləndirilməsi üzrə anlaşma sənədi imzalanıb. Report xəbər verir ki, bu barədə İRİB-ə məlumat yayıb. İran Astarasının sərhəd zastavasının rəisi polkovnik Nozər Muradi İran və Azərbaycan sərhədçilərinin birgə iclasından sonra deyib: “İki tərəf arasında imzalanmış anlaşmaya əsasən gələn həftədən etibarən Astaraçay sərhəd xətti boyunca 600 metr uzunluğunda beton divarın çəkilməsinə […]

İranın hərbi gəmiləri Bakıya gəldi – VİDEO

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku – 2018” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri iyulun 25-də Bakıya gəliblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. videonu izləmək üçün aşağıdakı linkə daxil ol:

“Azərbaycan və Türkiyə ən yaxın zamanda Qarabağda hərbi parad keçirəcək” — Türkiyəli general

“Allahın köməyi ilə Azərbaycan və Türkiyə hərbçilərinin Bakıdakı hərbi parad keçidi ən yaxın zamanda Dağlıq Qarabağda təkrarlanacaq”. Bu fikirləri “Ölkə.Az”a eksklüziv açıqlamasında Türkiyə Aviasiya Universitetinin rektoru, Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılqan bildirib. Türkiyəli general deyib ki, Azərbaycan və Türkiyə hərbçilərinin bu cür birgə fəaliyyəti dünyada türk birliyinin yaranması üçün […]

Bakıda möhtəşəm parad: pilotlarımızdan HEÇ KİMİN ETMƏDİYİ RİSKLİ AVİAŞOU – VİDEO (YENİLƏNDİ)

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının “Azadlıq” meydanında hərbi parad keçirilib. Publika.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə […]

“Sərdar Cəlaloğlu PKK terrorçuları “Dilan” kod adlı xanımla və “Kürd Əli” ilə görüşüb” — ŞAHİDLƏRDƏN SENSASİON AÇIQLAMALAR

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun 26 il öncə PKK terrorçuları ilə keçirdiyi məxfi görüşlə bağlı yeni detallar üzə çıxıb. “Ölkə.Az” xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu PKK terror təşkilatının lideri Abdullah Öcalanın Avropa üzrə təmsilçisi, “Dilan” kod adlı xanım terrorçu ilə gizli görüş keçirib. Məlumatda qeyd edilir ki, Şərurun Dərəkənd kəndində baş […]

Ermənilər Qarabağda müharibə üçün HAZIRLIĞA BAŞLADI: yeni səngərlər qazılır və… – FOTOFAKT

Ermənistan Dağlıq Qarabağda yeni müharibəyə hazırlaşır. Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, erməni hərbi birləşmələri cəbhədə yeni istehkamlar tikirlər. Məlumata görə, Ağdam, Füzuli və Tərtər istiqamətində yeni səngərlər qazılır. Erməni ekspertlər bunun yeni müharibəyə hazırlıq olduğunu vurğulayıblar. Xüsusilə İrəvan Dağlıq Qarabağ danışıqlarında yaranmış pauzanın cəbhədə yeni toqquşmlara gətirib çıxaracağından narahatdır. Rusiyanın erməniyönümlü “Regnum” agentliyi də […]

Bakıdan düşmənə müharibə mesajı – “Tam hazırıq…”

Hərb nazirimiz “artıq Laçına gedən yol nəzarətimizdədir”, dedi; hərbi parad ərəfəsi arsenalımızdakı yeni dağıdıcı silahların anonsu verildi, işğalçının qorxulu röyası olan “Dəmir günbəz” raketdən müdafiə sisteminə işarə vurdu…  İyunun 20-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib (APA). Xəbər verilir ki, nazir öncə Heydər Əliyev adına Azərbaycan […]

Ordumuz Günnütü belə azad etdi – Nazirlik VİDEO YAYDI

Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndinin erməni işğalından azad edilməsinə dair video yayıb. Paytaxt.org videonu təqdim edir:

Paşinyan Azərbaycanlı əsirləri qul kimi işlədən generala cinayət işi açdırdı – Qriqoryan Bakıya VERİLİR?

Ermənistanın baş naziri Nikol Paşinyan Serj Sarkisyan dövründən qalmış oliqarxları təmizləmə əməliyyatına start verib. Publika.az xəbər verir ki, Ermənistanın müdafiə nazirinin sabiq müavini, “milli qəhrəman” Manvel Qriqoryanla bağlı cinayət işinin açılması əməliyyatın ilk addımı hesab olunur. Ermənistanın baş prokuroru Artur Davtyan parlamentin spikerinə hazırda deputat mandatı daşıyan Manvel Qriqoryanla bağlı cinayət işinin açılmasına razılıq verməsi üçün […]

SON DƏQİQƏ: İqtisadiyyat, xarici işlər və maliyyə nazirləri istefaya göndərildi – ÖLKƏ ÇALXALANIR

Gürcüstan hökumətinin yeni tərkibi rəsmi olaraq parlamentə təqdim olunub. Paytaxt.org  apa-ya istinadən məlumatına görə, qanunverici orqana təqdim olunmuş siyahıya əsasən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf, xarici işlər və maliyyə naziri dəyişib. İqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Çerkezişvili, xarici işlər naziri David Zalkaliani, maliyyə naziri isə Nikoloz Qaqua olacaq. Hər üç namizəd hazırda nazir müavinləridir. […]

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.