Impera

XƏBƏR LENTİ
14:10Gədəbəyin keçmiş icra başçısı və təhsil müdirindən xanım jurnalistə ölüm TƏHTİDİ - işə hüquq mühfizə orqanları qarışdı13:49SOS: Yollar buz bağlayacaq, qasırğa, çovğun olacaq – Nazirlik vaxtı açıqladı13:41Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik etdi13:38Ramil Usubov Ismayıllı rayonuna polis rəisi təyin etdi13:33“Azərbaycanla anlaşmağın yolunu tapmaq lazımdır” – Naira Zohrabyan13:30İsrail İrana MÜHARİBƏ ELAN EDİR - 3 cəhbədən döyüş başlayacaq13:28Sərhədlərimizdə raket anbarları ÜZƏ ÇIXDI: Ermənistan bu istiqamətdə HÜCUMA HAZIRLAŞIR - ŞOK VİDEO13:25Almaniyadan Qarabağla bağlı SENSASİON XƏBƏRDARLIQ:01:33Abşeron RİH hava şəraiti ilə əlaqədar qərargah yaratdı01:22Gürcüstan qasırğaya əsir düşdü - tufan Azərbaycana yaxınlaşır -/Foto01:16Nazirlər arasında Qarabağ razılaşması - XİN-dən açıqlama01:13“Müharibəyə hazırlaşın!” XƏBƏRDARLIĞI EDİLDİ: Azərbaycan sərhədlərində DƏHŞƏTLİ SSENARİ01:07Prezident sərəncam imzaladı16:19“Azəriqaz”: Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq16:07Ramil Usubovdan ciddi kadr dəyişikliyi – Sumqayıt və Gəncə şəhər Polis rəisləri işdən çıxarıldı15:40İlham Əliyev “SOCAR karbamid”in açılışında iştirak etdi (FOTOLAR/YENİLƏNİB)15:23Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ13:34Deputat Hadı Rəcəblinin yaşına, başına yaraşmayan slavyan xanımla SICAQ rəqsi – VİDEO13:27AzTV-nin sabiq sədri Alışanovu bitirən səbəblər - Şikayətlər, hərc-mərclik, koorrupsiya VƏ NƏLƏR13:19İşdən çıxarılan AzTV-nin sədri Arif Alışanovu qızının dəbdəbəli toyundan görüntülər - FOTOLAR13:15"Azərsun Holdinq"də kütləvi ixtisarlar: layihələr dayandırıldı, 100-ə yaxın işçi etirazlara başladı13:13Pensiyaçılara şad xəbər: artımların veriləcəyi vaxt açıqlandı (RƏSMİ)12:50SON DƏQİQƏ: Xəstəxanaya yerləşdirilən tanınmış müğənni Xatirə İslamın ölüm xəbəri yayıldı11:06Prezident Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında11:03“Qarşıdurma davam etsə, bu regionu Rusiya qazanacaq” – Müsahibə11:00“Qarabağda vuruşanlar canidir?” – Ohanyandan Paşinyana…10:58Yeni müharibənin cəbhələri hazırdır: Rusiya və Türkiyə Aralıq dənizində...10:56Paşinyanın azərbaycanlıların şəhərinə təcili səfəri: Bakıya qarşı gizli ittifaq qurulur? - TƏHLİL10:54ABŞ-dan GÖZLƏNİLƏN zərbə gəldi: 2 həftə ərzində... - İran ballistik raketləri...10:43"Mən meyxana deyəndə Namiq Qaraçuxurlu xiyar satırdı" - Meyxanaçıdan SƏRT SÖZLƏR10:39Baş nazirdən iki institutla bağlı QƏRAR10:37Yanvarın 17-də uşaqları bağçaya aparmayın - XƏBƏRDARLIQ11:26“Səhliyalının min bərəkət, halal nemət"i əhalini zəhərləyir - Haram ət, siçan quyruğu və nələr…11:16Azərbaycanda 17 nəfər vəzifəsindən azad edildi - RƏSMİ11:05Ramil Usubov Səhlab Bağırova yeni vəzifə verdi13:22Prezident və xanımı yeni xəstəxananın açılışında (FOTO)13:19Nikol Paşinyan Ermənistanın baş naziri təyin edildi13:18İslahatlar başlayır: Bu nazirlər və komitə sədrləri işsiz qalacaq13:10Xətai Rayon Polis İdarəsi bu şəxslə bağlı əhaliyə müraciət etdi – FOTO13:08Abşeronda maskalı şəxslər "Bazarstore"a silahlı basqın edib – Yaralılar var11:25Trampın tviti: "Türkiyəni məhv edərik" - Ərdoğanın sözçüsündən cavab11:22Fazil Məmmədovun taleyini həll edən qərar - onu bağışlamaq olmaz!11:20Rusiya Paşinyanı yox edəcək - Ermənistanı gözləyən dəhşətli ssenari üzə çıxdı11:19DİN maşınlarını satışa çıxardı (QİYMƏTLƏR)10:35Binəqədidə DƏHŞƏT: Yerli sakin üstünə benzin toküb özünü polis bölməsinin qarşısında yandırdı14:43Tərtərin icra başçısından prezident sərəncamına SAYQISIZLIQ : 27 min manatlıq qalmaqalın GİZLİNLƏRİ - VİDEO14:32Neft şirkətində qalmaqallı oliqarxı İsgəndər Şirəli hökumətə meydan oxuyur - TƏFƏRRÜAT13:06Zamanı yetişən Mikayıl İsmayılov - SOCAR vitse-prezidentinin fəaliyyətində yoxlamalar başlatıldı12:36Möhtərəm qanun keşikçisi Zakir Qaralovun ÖZƏL GÜNÜ12:20Kriminal avtoritet restorandan BELƏ QAÇIRILDI - VİDEO + FOTO12:12ABŞ-ın hədəfini açıqladı: İran yox ediləcək12:10Ermənilərdən Qazax istiqamətində təxribat12:08Anti-Azərbaycan qüvvələrinin yalan təbliğatı uğursuzluqla nəticələndi - RƏSMİ AÇIQLAMA12:05Paşinyanı devirmək istəyən general Qarabağa qaçdı13:16Rəsul Quliyev bu villada yaşayır: əsl "bədbax"ın gerçək siması - FOTO13:11Azərbaycan nefti kəskin bahalaşdı13:09Sensasion iddia : Çirkin plan deşifrə oldu – Bu müsəlman dövlətləri Türkiyəyə qarşı İsraillə birləşdi13:07Azərbaycan səfirliyinə şübhəli bağlama göndərildi - hüquq-mühafizə orqanları hərəkətə keçdi13:02SOCAR-ın vitse-prezidenti vəzifəsini itirdi - çoxsaylı pozuntular və mənimsəmələr oliqarxı bitirir12:58“Ərdoğan Boltonu alçaltdı, biz yemək istəmədiyimiz şapalaqı yedik” – ABŞ-ın keçmiş müdafiə naziri12:56İlham Əliyev sərəncam imzaladı12:54Zakir Qaralov bu prokurorların yerini dəyişdi15:05Bakıda güclü partlayış: ölənlər və ağır yaralılar var - YENİLƏNİB + FOTO/VİDEO13:45Səfər Mehdiyevə istefa səbəbi: "Cənab Prezident, bizi xilas edin!" - MÜRACİƏT12:14Ramiz Mehdiyev 20 Yanvar faciəsi ilə bağlı tədbirlər planını təsdiqlədi12:13Abid Şərifov: “Hansı hökumətdə 23 il eyni vəzifədə işləmək olar?!” – MÜSAHİBƏ12:09GDU-da talançı prorektor Fəxrəddin Həsənov kimdir? – FAKTLAR11:57Bərdənin Əyricə kəndindəki “su pəri"ləri - Əxlaqsızlıq yuvasından reportaj11:46Ermənistanda acınacaqlı vəziyyət: əsgərlər postları niyə tərk edir? - ŞƏRH11:45Amerikalılar şokda - Azərbaycanlı istedadın uğurları ABŞ-ı silkələdi01:59Nərimanov icrada RAZBORKA: Şamar İbadovla deputatın qardaşı oğlu Qarabağ əlilini döyüb, xəstəxanalıq etdi – VİDEO01:39Gömrük postunun rəisi və daha 3 vəzifəli şəxs həbs olundu - SON DƏQİQƏ01:37Bakının 4 rayonunun polis rəisi işdən çıxarıldı: Ramil Usubov əmr imzaladı01:35Minlərlə insana sevindirici xəbər - Prezident sərəncam imzaladı01:14SOCAR: “Vergilər Nazirliyinin SOCAR-da yoxlama aparması adi haldır”12:38Rüstəm İbrahimbəyovun “azart oyunu" - Milli kimliyə qarşı çevrilən Rüstəm bəy12:29İrəvan rayonları qaytaracaq, Moskva zəmanət verəcək - Arkov12:19ARDNF-nin ötən il valyuta hərraclarında satdığı dollar 1,8 dəfə artıb (FOTOLAR)12:05Ərdoğanı sarsıdan ölüm xəbəri12:03Azərbaycanda dollarla bağlı mühüm AÇIQLAMA - RƏSMİ10:22Un bahalaşdı: çörəyin çəkisi azaldıldı qiyməti ... - SON DƏQİQƏ10:125 rayonun qaytarılması və Qarabağın... - Politoloq bütün sirləri ortaya çıxardı10:10Putin hərbi rütbəsini açıqladı - VİDEO19:178 min insana ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı18:59SİLAHLI QİYAM – Həbs olunanlar var (Yeniləndi) (VİDEO)18:56Qənirə Paşayeva Afrikanın fəal qadınları ilə Qarabağdan danışdı18:53PENTAQONLA ROTŞİLD AİLƏSİ ARASINDA SAVAŞ DƏRİNLƏŞİR – Gizli müşavirlərin İran ssenarisi – ARAŞDIRMA18:45Elektromobil inqilabı sərhədlərimizə çatıb –Ekspert maraqlı statistik məlumatlar açıqladı18:29“Xatunu da, Günayı da çırparam” – Roza qəzəbləndi (qalmaqal)18:25Amerikanın məşhur eksperti:“MOSKVA AZƏRBAYCANI ƏLDƏ EDƏCƏYİNƏ ƏMİN OLSA, ERMƏNİSTANI SATACAQ” – Müsahibə18:15Pensiyaların artımla veriləcəyi vaxt açıqlandı11:38Poroşenko CNN TÜRK-ə müsahibə verdi - "Ərdoğana minnətdarıq"11:34Azərbaycanda daha bir məmur işdən çıxarıldı: cinayət işi açıldı11:31Fazil Mustafa: “Bunun bir adı var - vəhşilik!”11:25Azərbaycanlı iş adamına dəhşətli sui-qəst - mühafizəçisi öldürüldü, özü və oğlu isə...11:21Frank Riberi qəzəbləndi:"Sizin ananızı, nəslinizi..." - 1200 avroluq qızarmış ət qalmaqalı - VİDEO11:11Ermənistan ordusu böyük itki verdi: İrəvan qorxu içində11:08Penitensiar Xidmət Mehman Hüseynov barədə məlumat yayıb00:43Türkiyə və Rusiya razılaşdı: Əsədə sərt xəbərdarlıq00:37Yeni ilin ilk günlərində bu məhsullar bahalaşdı
BÜTÜN XƏBƏRLƏR

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Aksizlər qalxdı, ofisiant və bərbər də vergi verəcək

30 noy 2018, 13:23   
Aksizlər qalxdı, ofisiant və bərbər də vergi verəcəkMilli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.Müzakirələrdən sonra Vergi Məcəlləsinə dəyişiklik II və III oxunuşda səsə qoyularaq, qəbul olunub.

Dəyişiklik layihəsinə əsasən, Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılıb.

Minik avtobillərində mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda hər kubsantimetrə görə – 0,30 manat (hazırda 0,20 manat), mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –5 manat (hazırda 3 manat), mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat (hazırda 3400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat (hazırda 8 manat), mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –35 manat (hazırda 20 manat), mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə –70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.

Layihədə bildirilir ki, Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir.

Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.

Dəyişiklik nəticəsində tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədindən tutulan 12 manat aksiz vergisi 20 manata qaldırılıb. Bu mallara görə asksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.

Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, Azərbaycana idxal olunan avtobuslar aksiz vergisinə cəlb ediləcək. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən 190.4.1-1-ci əlavəyə əsasən mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda 8 000 manat və əlavə olaraq mühərrikin həcminin 4 001-6 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda 16 000 manat və əlavə olaraq mühərrikin həcminin 6 001- 8 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10 000 kubsantimetrdək olduqda 28 000 manat və əlavə olaraq mühərrikin həcminin 8 001- 10 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Mühərrikin həcmi 10 000 kubsantimetrdən çox olduqda 44 000 manat və əlavə olaraq mühərrikin həcminin 10 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən Azərbaycan Respublikasına idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100 000 kilometrdən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

Dəyişiklik layihəsinə əsasən, ticarət fəaliyyəti ilə məşğul olanlar üçün 6%-lik sadələşdirilmiş vergi ləğv olunur.

Belə ki, dəyişikliklə 220.1-1.1 maddə-ticarət fəaliyyəti üzrə 6% ləğv edilir. İctimai iaşə fəaliyyəti üzrə 8%-lik sadələşdrilimiş vergi dərəcəsi isə saxlanılır.

Qeyd edək ki, hazırda Məcəllənin 218.1.2-ci maddəsində (218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər) göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) aşağıdakı dərəcə ilə hesablanır:

Ticarət fəaliyyəti üzrə 6%, ictimai iaşə fəaliyyəti üzrə 8%.

Qeyd edək ki, digər dəyişikliyə əsasən, sadələşdirilmiş vergi (məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.

Hazırda isə bu vergi Bakı şəhəri üzrə 4%, digər rayonlar və Naxçıvan MR-da 2%-dir.

Digər dəyişikliklə, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılacaq.

“Fiziki şəxs olan olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10% təşkil edir”,- sənəddə qeyd olunub.

Bundan başqa, Azərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəətin 3 il müddətinə vergidən azad olunması təklif olunur.

Sənəddə bildirlir ki, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisininin hesabat ilinin mənfəətinin 10%-dən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən meyarlara cavab verən təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə vergidən azad olunur.

Bildirək ki, bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Məcəlləyə edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50%-i, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i vergidən azad olunanlar siyahısına əlavə olunur. Bundan başqa, KOB klaster şirkətinin mənfəəti- KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə, KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal(iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə vergidən azad ediləcək.

Vergi Məcəlləsinə dəyişikliklə iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar. Ofisiantlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ – 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat ödəyəcəklər.

Digər dəyişikliyə əsasən, sadələşdirilmiş vergi (məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergiödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.(modern.az)
OXŞAR MÖVZULAR