Ərdoğanın anonsunu verdiyi Münbiç əməliyyatının İLK MƏRHƏLƏSİ BAŞLADI

“Münbiç əməliyyatının ilk mərhələsi başlayıb”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Konyada keçirilən bir konfransda təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar bildirib.

“Bu prosesdə ən əhəmiyyətli hazırlıqlardan biri siyasi danışıqlardır, yəni diplomatiya fəaliyyətin bir hissəsidir. Əgər amerikalılarla, Rusiya, İran və digər tərəflərlə görüşürüksə, bu, əməliyyatın ilk mərhələsinin başlanması deməkdir”, – o deyib.

Mete Yarar Türkiyənin hazırda ölkə xaricində eyni vaxtda 3 əməliyyatı keçirdiyini vurğulayıb:

“Bunlardan biri İdlibdədir. Hazırda burada 9 nöqtədə müşahidə nöqtəsi qurulub. Şimali İraqda təxminən 15 kilometr məsafədə 3 baza bölgəsi qurulub. Bu da böyük bir əməliyyatdır. Həm də Qəndil istiqamətində xəncər kimi 15 kilometr irəliləyərək. Bu gün həmçinin “Fərat Qalxanı” bölgəsində humanitar yardım fəaliyyəti davam edir”.

Qeyd edək ki, İŞİD-lə mübarizə adı altında YPG/PKK terror təşkilatına dəstəyini davam etdirən ABŞ Münbiçin təmizlənməsindən sonra mahala nəzarətin oranın əhalisinə veriləcəyinə söz vermişdi. Lakin, Türkiyənin bütün tələblərinə baxmayaraq, ABŞ terror təşkilatını Münbiçdən çıxarmağa həvəsli görünmür.

Ankara YPG terroristlərinin Münbiçdən çıxarılmasını ABŞ-dan israrla tələb edir. Türkiyə ən yüksək rəhbərlik səviyyəsində bir neçə dəfə Münbiçdə əməliyyatın keçiriləcəyi barədə siqnal verib. Münbiç əməliyyatı barədə qətiyyət son olaraq Türkiyənin Milli Təhlükəsizlik Şurasının bəyanatında da ifadə olunub. Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın Münbiç şəhərinə bir gecə qəfildən girə biləcəyini bəyan edib.

“Əməliyyatın təqvimi və marşrutunu verməklə düşməni oyandırmaq doğru olmazdı. Bu cür planları hərbi rəhbərlik səviyyəsində aramızda müzakirə edirik”, – prezident əməliyyatın qaçılmaz olduğu mesajı verib.

Məlumata görə, martın 30-da Vaşinqtona səfər edən Türkiyənin Xarici İşlər Nazirliyi müşaviri Ümid Yalçının gündəmində olan əsas mövzu da məhz YPG-nin Münbiçdən çıxarılması olub. Daha əvvəl isə xarici işlər naziri Mövlud Çavuşoğlu YPG terrorçularının bölgədən çıxarılması ilə bağlı Ankara və Vaşinqtonun “anlayış” içində olduğunu söyləyib.

Lakin sonradan ABŞ Dövlət Departamenti Münbiçdən geri çəkilmənin müzakirə mövzusu olmadığını bəyan edib. Ekspertlər hesab edirlər ki, ABŞ-ın PKK/PYD/YPG terror təşkilatına verdiyi dəstəyi davam etdirməsi və Türkiyənin Münbiçi təmizləməkdə israrlı olması NATO ölkələri arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.