Persona

Məşhur psixoloqdan daha bir QALMAQAL - "Qadınlar “nisyə sevgi”yə..."

post-img

Sosioloqların sorğusuna əsasən, təəssüf ki, bəzi kişilər həyat yoldaşlarına qarşı çox aqressiv olurlar.

Hətta kişilərin əksəriyyəti qadınlarını söyür və döyürlər. Əfsuslar olsun ki, ətrafımızda belə ailələr kifayət qədərdir. İşin ən qəribə tərəfi odur ki, şiddətə məruz qalan qadınların çox böyük əksəriyyəti həyat yoldaşlarını bağışlamağa meyilli olurlar.

Əlbəttə ki, burada bir çox nüanslar önə çıxır. Lakin onların bəziləri həyat yoldaşlarını bağışlasa da, sonradan yenidən şiddətə məruz qalırlar. Bir çox halda isə bu, onların ölümü ilə nəticələnir.

Üstəlik, bəzi kişilər yaşlanıb xəstə yatağına və ya pis vəziyyətə düşəndə həyat yoldaşlarından halallıq istəyirlər. Bu zaman da həyat yoldaşları tərəfindən bağışlanırlar, amma gələcəkdə yenidən eyni addımları atırlar.

Məşhur psixoloq Əfsanə Rüstəmova “Cebhe.info”-ya açıqlamasında bildirib ki, bəzi kişilər cavanlığında döydüyü, söydüyü və ailəsinin yanında alçaltdığı qadından qocalıb yatağa düşəndə baxım tələb edirlər:

“Bu, Azərbaycanda kifayət qədər geniş yayılmış kişi profilidir. Adətən belə insanların bir vədi olur. Həyat yoldaşlarına sağalandan sonra bir də əvvəlki kimi olmayacağını vəd edərək, xanımından kömək istəyir. O, həyat yoldaşını inandırmağa çalışır ki, sağalandan sonra bir də ona şiddət göstərməyəcək”.

Psixoloqun sözlərinə görə, qadınlar kişilərə “nisyə sevgi” verməməlidir:

“İnsanlar başa düşməlidirlər ki, heç kimə qarşılıqsız sevgi vermək olmaz. Yəni bəzi qadınlar düşünürlər ki, həyat yoldaşı ona sağlığında hansı qiyməti verib ki, sağalandan sonra da nə etsin.

Həyatı bir az da ticarət kimi görmək və alış-verişi doğru etmək lazımdır. Qadınların mütəmadi olaraq hansısa vədlərə aldanıb, “nisyə sevgi” verməyi onların həyatlarını itirməsinə səbəb ola bilir”.

Oxşar xəbərlər