Rza Zərrabın gizlin qaçış planı məlum oldu – VİDEO

ABŞ-da məhkəmədə dindirilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabın gizlin qaçış planı məlum olub.

Oxu.Az “Ölkə.Az”a istinadən xəbər verir ki, məşhur biznesmenin Türkiyədəki ofisində axtarışlar aparılıb. Aparılan axtarışlar zamanı Rza Zərrabın azadlığa çıxdıqdan sonra Dubaya köçmək istədiyi barədə vəkilə göndərdiyi məktub ortaya çıxıb. Məktub onun ofisindəki işçilərdən götürülüb.

Türkiyədə paralel olaraq davam edən istintaq çərçivəsində Rza Zərrabın həbs edilən 3 işçisi məktubu təhvil veriblər. Onlar dindirilmə zamanı Rza Zərrabla əməkdaşlığı etiraf ediblər. Onlar ABŞ-dakı məhkəməyə gizli sənəd göndərdiklərini təsdiqləyiblər. O, məhkəmədən yazdığı məktubda işçilərinə Dubayla əlaqə saxlamağı tapşırıb.

“Dubaydakı vəkillərlə əlaqə saxlayın. Qanun çərçivəsində sənədləri düzəldin ki, Amerikada azadlığa buraxılan kimi Dubaya gedə bilim. ABŞ-dan Dubaya göndərilərəmsə, orada yaşamağıma şərait yaradılacaqmı? Bu istiqamətdə çalışın”, – deyə məktubda yazılıb.

Qeyd edək ki, Rza Zərrab ABŞ-da keçirilən məhkəmədə prokurorluğun təlimatı ilə hərəkət etməyə, Türkiyə əleyhinə hazırlanmış ittihamları təsdiqləməyə razılaşıb. R.Zərrab məhkəmədə İranın həmin ölkəyə qarşı tətbiq edilmiş sanksiyalardan necə yan keçməsi barədə danışıb. O, bu istiqamətdə Türkiyə hökumətini günahlandırıb.

Xatırladaq ki, ABŞ-da həbs edilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabın cinayət işi “ABŞ Atillaya qarşı” şəklində dəyişdirilib. Həmin prosesdə təkcə “Halkbank” baş direktor müavini Hakan Atilla müttəhim kimi dindirilib. Rza Zərrab məhkəmədə Hakan Atillaya qarşı şahidlik edib.

Mehmet Hakan Atillanın vəkili Viktor Rokko Rza Zərrab haqqında şok fikirlər söyləyib. Vəkil Zərrabın həbs cəzasından qurtulmaq üçün yalan söyləməyə hazır olduğunu və etibarlı insan olmadığını bildirib. Rokko, Zərrabın içki, narkotik maddə və qadın üçün ABŞ həbsxanasının nəzarətçilərinə rüşvət verdiyini də söyləyib.

“Hakan Atilla və Zərrab nadir hallarda əlaqə qururlar və bir-birlərini xoşlamırlar”, müdafiə vəkili olan Rokko deyib.

Rza Zərrab ötən ilin 21 mart tarixində ABŞ-ın Mayami şəhərində əvvəl saxlanılır, ardından isə həbs edilir. ABŞ prokuroru Preet Bhararanın apardığı istintaq çərçivəsində çirkli pulların dövriyyəsi, bank dələduzluğu və İrana qarşı həyata keçirilən sanksiyaları pozmaq ittihamı ilə həbs edilən R.Zərrabın 75 il həbsi istənilir.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.