3-cü böyük HƏRƏKAT başlanır – Bu dəfə türkman, ərəb, kürd, yəhudilər də…

Terror təşkilatlıarına qarşı həyata keçirilmiş “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatları işğalçıların Türkiyənin cənubuna dair bütün planlarını boşa çıxarıb.

Paytaxt.org Publika.az-a istinadən  xəbər verir ki, Suriyanın şimalını PKK terror təşkilatı ilə birgə işğal edən ABŞ hazırda linç edilmə qorxusu yaşayır.

Çünki Türkiyə Silahlı Qüvvələrinin iki böyük hərəkatla Suriyaya verdiyi rahatlıq regionun bütün əzilən sakinləri üçün ümid işığı olub. Fəratın qərbindəki münbiçlilər Pentaqon və onun əlaltılarına qarşı hərəktə keçmək üçün Türkiyənin bir işarəsini gözləyir. Təl-Əbyad, Haseki, Ayn əl-Ərəb, Rakka və Deyr əz-Zorda da eyni mənzərə yaşanır. ABŞ qüvvələrinin artıq bu bölgələrdə qalmaq şansı yoxdur. Adıçəkilən regionların sakinləri Azad Suriya Ordusuna qatılmağı səbrsizliklə gözləyir.

Əgər ABŞ PKK-nın Münbiçi tərk etməsinə dair verdiyi vədini bir daha yerinə yetirməsə, bu bölgənin təmizlənməsi üçün hərəkat başlanacaq. Türkiyə Suriyada yaratdığı təhlükəsizlik xəttinin davamı olaraq İraqda “Dəclə qalxanı” hərəkatına hazırlaşır. Rəsmi Bağdad lazımi addımları atmazsa, Mosulun qərbindəki Sincara 2014-cü ildə İŞİD-lə mübarizə bəhanəsi ilə yerləşən PKK buradan türk əsgərinin əli ilə qovulacaq. İraqın şimalındakı TSQ düşərgələri tək-tək birləşdirilib açılan yeni yollarla ana xəttə bağlanır. Bu ölkədə “mehmetçik”in təlimləndirdiyi on minlərlə türkman, kürd, yəhudi, ərəb İraqda sabitliyin bərpa edilməsi üçün bir işarə gözləyir.

Terrorçulara qarşı yığılan nifrətin tez bir zamanda partlaması onları təşviş içində saxlayır. PKK-nı qorumaq üçün Suriyada yeni format qurmağa çalışanlar Türkiyənin Sincar bölgəsinə dair qərarlı duruşu qarşısında geri addım atır, PKK-nın bölgəni boşaltdığı yalanını yayırlar. Türkiyə isə 3-cü böyük hərəkatını başlatmaq üçün doğru zamanı gözləyir.

Zümrüd



Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: www.paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.