Impera

XƏBƏR LENTİ
17:15Qarabağa köçürülən ermənilər qaçır: “Bu, yaşamaq deyil” – VİDEO17:13Təcili: Fransa etirazları Belçikaya sıçradı – Paytaxtda ara qarışdı17:10Parisdə küçə döyüşü gedir: Makron ölkəyə NƏZARƏTİ İTİRDİ13:35Milli komandamızın baş məşqçisi Qurban Qurbanov istefa verdi - SON DƏQİQƏ12:29Paytaxt küçələrinə tanklar yeridildi - Hökumətin etirazçılara qarşı YENİ PLANI12:26Növbədənkənar parlament seçkiləri gözlənilmir - YAP-dan açıqlama01:49Əli Kərimlinin gizli görüşləri - Qarabağ Komitəsinə qarşı böyük qəsd hazırlanır01:45Ermənistanın sabiq prezideti Robert Köçəryan həbs olundu - Video01:34Qurban Qurbanov millidən gedir - EKSKLÜZİV01:32Xırdalanda sərnişin avtobusunun aşmasının səbəbi bilindi - TƏFƏRRÜAT (YENİLƏNDİ)22:03Xırdalan sakinlərinin nəzərinə!17:14İrəvanda qan və qiyam qoxusu: Silah səsləri…17:07Köçəryan həbs olunur: Məhkəmə qərar verdi – Son dəqiqə17:05Bakıda yeni tikilən 20 mərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ – ÖLƏN VAR16:59DTX əhaliyə xəbərdarlıq etdi: belə hallar yaranarsa, quruma müraciət edin16:50icra başçısı yerli məmurları topladı: Rayon rəhbəri Abşeron rayonunda qışa hazırlıq işlərini müzakirə etdi və tapşırıqlar verdi15:01“Zatulinin əsas maliyyə qaynağı erməni lobbisidir” AÇIQLAMA14:51Orduxan Teymurxan terrora çağırış ittihamı ilə axtarışa verildi – Baş Prokurorluqda cinayət işi açıldı14:40Ramil Usubovdan mühüm əmr: Polis rəisinin 2 müavini, bölmə rəisi və baş inspektor işdən çıxarıldı14:37“Broker Əbülfəz”ə yüksək vəzifə verildi - Səfər Mehdiyev onu Abşeron gömrük postuna rəhbər gətirdi14:22Avropaya ATOM YAĞIŞI olacaq, qitə Yer üzündən silinəcək – Rusiya BÜTÜN KARTLARI AÇIR14:20Ilham Əliyev rus torpaqlarında Ermənistanı belə məğlub etdi - Sankt-Peterburq görüşünün SİRRİ AÇILDI14:18Mühafizə Alayında əsgər yaralandı Rəsmi14:16Kürd validən həyasız çıxış: Azərbaycanlılar səhv edir14:12Paşinyanın 2 yolu və 24 gün VAXTI VAR: Ya atəş əmri verəcək, ya da...14:08Paşinyana Sankt-Peterburqda YERİNİ GÖSTƏRDİLƏR - FOTO/VİDEO15:17Əflatun Amaşovu hədəfə alanlara sərt cavablar14:54“Erməni ordusunu bir neçə saata darmadağın etmək olar” – Hərbi ekspert14:51“Ermənistan hakimiyyəti hücuma hazırlaşır” – Sensasion iddia14:47Ermənistan ordusuna BÖYÜK ŞOK: bir qrup hərbçi...14:36“Velosiped idmanında gender bərabərliyi” mövzusunda təlimlər başa çatdı14:22Bəgaliyev Maqsud Yardımlıda məmur özbaşınalığı ilə bağlı prezidentə müraciət etdi - MƏTN12:24Erməni partiyalarının davası: Nikol Qarabağ mövqeyini dəyişdi12:20Paşinyanın əsgər oğlunun macəraları: Xankəndində əyləncə klubu, spirtli içkilər və…12:13Avropa Şurasının tarixində azərbaycanlı ilk dəfə olaraq prezident vəzifəsinə seçilib01:09Saçı qırxılan gəli̇ni̇n anasından gizlədilən cinayətin şok açıqlaması - Polis hərəkətə keçdi (Video)01:04ABŞ komandanı: Rusiyanı necə məğlub edəcəyimizi bilirəm01:00Ukrayna iki dənizdə hücuma keçdi: 8 hədəf məhv edildi - Moskva şokda00:56Paşinyanın gizli səs yazısı yayıldı - VİDEO00:54Prezidentdən icra başçısı ilə bağlı sərəncam22:39Ağdamda narazılıq artır - evi başına uçan Zəhra ana prezidentən kömək istəyir (VİDEO)16:59Masallının məşhur milyonçuları - Mübariz Mənsimov, Gülağa Qəmbərov və daha kimlər, yaxından tanımağa dəyər15:42ŞOK AÇIQLAMA: Nazir devalvasiya anonsunu verdi - dollar marta qədər bu qiymətə olacaq15:34Müğənni Afətdən efirdə ŞOK TƏKLİF: Şübhəsi varsa, gəlsin həkimə gedək15:26Fransanın Bakıya ASTER 30 SAMP/T və VL Mika raket sistemlərini satacağını bəyan etdi15:21Prezident Xalq rəssamı Tahir Salahova orden təqdim etdi - FOTO (YENİLƏNDİ)15:19XİN-dən “Lazarev klubu”na SƏRT REAKSİYA: “Bu, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirir”15:16Rusiya nüvə müharibəsinə hazırlaşır: Baş qərargah başçısından BƏYANAT15:14Azərbaycanda vəzifəli şəxsin nişanlı oğlu FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ15:08Vaqif Həsənov toplantı keçirdi – İcra başçısı bu dəfə bağça müdirlərinə barmaq silkələdi15:20Prinsip budur: 7 rayon, Dağlıq Qarabağa qayıdış və...15:16İran Borçalıda yüzlərlə soydaşımızı Azərbaycana qarşı belə hazırlayır - YENİ FAKTLAR15:13SOCAR-dan benzin və dizellə bağlı vacib - Açıqlama01:12Nuhdan vahiməli proqnoz: “Zaman maşını, insan ölümsüzlüyü, dəhşətli qar...”01:09Lavrovun mikrafonu əlində qaldı - İlginc olay/Video01:0655 min nəfərə ŞAD XƏBƏR - Prezident 5,6 milyon manat ayırdı00:58Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovun əməlləri ilə bağlı ilginc məlumatlar yayıldı00:45“Modern Hospital”: yarım ilin qara statistikası - yüksək əməliyyat hesabları, bitməyən ölümlər VƏ NƏLƏR12:10ABŞ və Böyük Britaniya arasında “F-35” QARŞIDURMASI12:07Ermənistan ETİRAF ETDİ: "Soydaşlarımızın sayı azalır, yardım lazımdır" - FOTO12:04Mirşahindən sərt sözlər: “Sevinc Əli Kərimlinin alt paltarıdır” – Video11:59Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı - 30 milyon dollar ölkədən çıxarılıb11:56Sabiq nazir Əli Abbasovun kadrı sayılan Ceyhun Cəfərovu o əvəzləyir - KÜRDƏMİRDƏ01:35Nizami rayonunda növbəti özbaşınalıq: İcra başçısı və YAP-ın sədri Leyla Əliyevaya qarşı - FOTOLAR00:53Ölkədə böyük faciə: 3 alpinist qar uçqununda itgin düşdü - genişmiqyaslı axtarışlar başlatıldı00:45Ermənistan döyüş mövqeyində itki verdi00:40Netanyahu və həyat yoldaşına qarşı KORRUPSİYA İTTİHAMI...00:37Erməni general ruslara yalvardı: “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…”21:32Azərbaycan Xorvatiya və Uelslə eyni qrupda - Avro-202021:28Qarabağdakı TALANÇI ŞİRKƏTLƏR: Əksəriyyəti dost və tərəfdaş bildiyimiz ölkələrə məxsusdur17:38Paytaxtda başlayan mitinq iştirakçıları silahlandı: onlarla aksiyaçı otel çıxışında həbs olundu14:51Gürcü müxalifəti etiraz aksiyaları üçün paytaxta yeridi – yeni hökumət təcili toplandı14:44Putin G20-də son nöqtəni qoydu: “Müharibə davam edəcək”14:42Erməni girovluğundan 20 azərbaycanlı qadını təkbaşına azad edən şəhid14:37Məşhur avtoritet Şeyx Həmzətə sui-qəsd: ölü və yaralılar var - VİDEO14:26“Böhtandır, iftiradır, ayıb olsun!” - Əflatun Amaşovdan sərt AÇIQLAMA00:25Ticarətçilər üçün sadələşdirilmiş vergi ləğv olundu - YENİLİK00:06Sumqayıtın 9 saylı tam orta məktəbdə nələr baş verir - Direktor əvəzi Təhsil nazirliyində kimin adından istifadə edir? (VİDEO)13:17Sosial şəbəkələrdə hamı bundan danışır: Ruhlar nərdivanı belə yeritdi, əhali təşvişə düşdü - Video13:08Türkiyə şokda : CHP sədri Klıcdaroğlu Berlində PKK-ya dəstək verdi13:06ABŞ və Avropadan yüzlərlə hərbçi Ukraynaya GƏTİRİLDİ: Rusiya ilə MÜHARİBƏ BAŞLAYIR11:44DİN-dən əməliyyat: 20 həbs11:41Erməni müdafiə nazirliyinin gizli saxladığı hərbi rüşvətxor: rəngsazlıqdan generalınadək - FOTO01:35Nazir açıqladı - Rusiya sərhədə 80 minlik qoşun yığıb01:32Mehriban Əliyeva təkcə Azərbaycanda yox, həm də dünyada gimnastikanın inkişafını dəstəkləyir – FIG prezidenti01:29Dəhşətli dağıdıcı gücə qadir aviasiya bombaları alınır - Azərbaycan Pakistanla razılaşdı01:21Bu, tələdir və Rusiya vəziyyətdən çıxa bilməyəcək - Eks-nazir01:14Prezident sərəncam imzaladı19:25İran-Azərbaycan sərhədində atışma: General hadisə yerində19:18Whatsapp-da DYP rəisi haqqında məlumat yayan şəxs həbs edilib19:0810 günə 10 qol: Qurban Qurbanov istefa verəcəkmi?15:55Rusiyaya öldürücü zərbə: Müzakirələrə start verildi13:35Zakir Qaralov İsmayıll rayonuna yeni prokuror təyin etdi13:23Aksizlər qalxdı, ofisiant və bərbər də vergi verəcək13:19Ukrayna Rusiya təyyarələrini MƏHV ETDİ: Azovda təhlükə artır12:13Erməni prezidenti Berlində rüsvay oldu - Sərkisyanın böyük yalanı12:10Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidentini təbrik edib12:06Ermənistan ordusunda itki, yaralanma, korrupsiya və qəza hadisələri12:04Paşinyan ölkəni belə XİLAS EDƏCƏK: Bütün sirləri ifşa olundu12:00Türkiyədə 500 min insan öləcək, 2,5 milyonu isə yardıma möhtac qalacaq - XƏBƏRDARLIQ
BÜTÜN XƏBƏRLƏR

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Erməni prezidenti Berlində rüsvay oldu - Sərkisyanın böyük yalanı

30 noy 2018, 12:13   
Erməni prezidenti Berlində rüsvay oldu - Sərkisyanın böyük yalanıDüşmən ölkə başçısının Almaniya səfəri fiasko oldu; Qərbdən heç kəs işğalçı ölkəyə “xilas kəməri” atmayacaq, çünki...; Ermənistan seçkilərində Azərbaycan mövzusu: erməni xalqı yol ayrıcında...

Ermənistanda növbədənkənar parlament seçkilərində təbliğat kampaniyası yavaş-yavaş kulminasiya nöqtəsinə yaxınlaşır. Rəqib siyasi qüvvələrin bir-birinə qarşı ağır ittihamları son günlər xeyli artıb. Əsas mövzular da Qarabağ, ölkənin iqtisadi inkişafı, işsizliyin azaldılması ilə bağlı məsələlərdir. Ancaq diqqətçəkicidir ki, onların heç birinin - nə köhnə hakimiyyətləri təmsil edənlərin, nə də Nikol Paşinyanın özü və blok üzvlərinin Ermənistanın sosial-iqtisadi böhrandan çıxması üçün real proqramı yoxdur.

Onların hamısı əhaliyə populist və gerçəklikdən uzaq vədlər verməkdədir. İnsafən, hakimiyyətdə ən az müddət olduğu üçün Paşinyanın vədləri daha şirin və cəlbedici görünür. Ancaq o da faktdır ki, 7 aylıq baş nazirliyi dönəmində o, əhalinin güzəranında, makroiqtisadi göstəricilərdə yaxşıya doğru ciddi heç bir dəyişikliyə nail ola bilməyib. Əhalinin durumu ağır olaraq qalır, ölkədən kütləvi köç davam edir. Çünki Paşinyan da problemlərə hələ ki sistemli yanaşma sərgiləyə bilmir.

Sistemli yanaşma isə ilk növbədə özündə Qarabağ probleminin həllini, sərhədlərin açılması və qonşularla iqtisadi-ticari əlaqələrin normala salınmasını ehtiva etməlidir. Bunlar da ki, yoxdur. Deməli, seçkilərdən sonra da Ermənistanın ağır durumu davam edəcək.

*****

armen sargsyan berlin ile ilgili görsel sonucu

Mövcud reallıqlar fonunda, daha dəqiqi, səbəbləri qoyub nəticələrlə mübarizə aparıldığı bir vaxtda işğalçı ölkənin regiona ölkələri ilə, Qərblə inteqrasiyasından danışmağa dəymir. Bu yöndə inadlı səylər də orta və uzaq perspektiv üçün uğursuzluğa məhkumdur.

Məsələn, “Biz" blokunun seçkiqabağı siyahısına rəhbərlik edən “Respublika” Partiyasının başçısı, Ermənistanın keçmiş baş naziri Aram Sərkisyan seçkiöncəsi təşviqat çərçivəsində Gümrüdə deyib ki, Ermənistan Qərb strukturları, o cümlədən NATO ilə münasibətlərini dərinləşdirməlidir (Virtualaz.org).
Erməni prezidenti Berlində rüsvay oldu - Sərkisyanın böyük yalanı
“Biz xarici siyasi münasibətlərimizi diversifikasiya etməli, NATO ilə əməkdaşlığı dərinləşdirməliyik. Azərbaycanın pilotsuz uçuş aparatlarını vurmaq üçün yalnız NATO ölkələrində olan biliklərə yiyələnmək lazımdır”, - deyə o bildirib və əlavə edib ki, Ermənistan əvvəlki xarici siyasət kursunu davam etdirərsə, o zaman Putinə məktub yazıb Ermənistanı Rusiyanın vilayətlərindən birinə çevirməyi xahiş etmək olar.

Lakin Sərkisyan Rusiyanın qəzəbinə tuş gəlmədən NATO ilə necə yaxınlaşmağın, xarici siyasət kursunu necə dəyişdirməyin yolunu izah etməyib. Edə bilməz də. Çünki Qarabağ məsələsi, işğal reallığı var. Ermənistanın isə bütün iqtidarları, belə görünür, Qərbə Azərbaycan əraziləri ilə birgə inteqrasiya eləməyə ümidlidir. Bu isə istisnadır - erməni siyasiləri bu perspektivsizliyi yaxına buraxmasalar belə.

armen sargsyan berlin ile ilgili görsel sonucu

Başqa sözlə, xarici siyasət daxili siyasətin davamı olduğu üçün, Ermənistan öncə regiondakı yerini dəqiqləşdirməli, ardınca isə Qərblə, NATO ilə, Avropa ilə münasibətlərin dərinləşməsi barədə düşünməlidir...

*****

Bu xüsusda Ermənistan prezidenti Armen Sərkisyanın Almaniyaya davam edən səfərinin də erməni xalqına heç bir faydası ola bilməz. “Yeni Müsavat”ın erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, səfər zamanı Sərkisyan Almaniyanın federal kansleri Angela Merkellə, Almaniya prezidenti və alman iş adamları ilə görüşüb.

Onun sözlərinə görə, iki ölkə iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək potensialına malikdir. “Bizim ölkə müxtəlif ortaq layihələr üçün platforma ola bilər” - Sərkisyan Merkelə deyib. Eyni zamanda alman iş adamlarını Ermənistana dəvət edib, onları daha fəal olmağa səsləyib.

Sərkisyanın ən ekzotik ifadəsi isə yəqin ki, budur: “Ermənistan min illərdir sivilizasiyaların yol ayrıcında yerləşir. Bu yolayrıcı bu gün körpü rolu oynaya bilər. Nədən ki, hazırda Ermənistan yeganə ölkədir ki, həm Avrasiya İqtisadi Birliyində təmsil olunur və 200 milyonluq bir bazara çıxışı var, həm də Avropa Birliyi ilə dərin tərəfdaşlıq sazişi imzalayıb. Və biz Avropa ilə əlaqələrimizi dərinləşdirmək istəyirik. Yəni Ermənistan yeganə ölkədir ki, həm Şərq, həm də Qərblə geniş əlaqələrə malikdir. Bizim ölkəmiz özünə doğru yer seçib”.

Erməni mediası yazır ki, Sərkisyan ardınca alman iş adamlarına “Ermənistan iqtisadiyyatının prioritet istiqamətləri, investisiya cəlbediciliyi və işgüzar mühiti, habelə biznesdə rəqabət üstünlüyü” barədə ətraflı məlumat təqdim edib...

*****

Armen Sərkisyan təbii ki, yalan danışır. 30 ildir özünün işğalçılıq siyasətinin girovu olan, iki ən böyük qonşusu - Azərbaycan və Türkiyə tərəfindən izolyasiyada saxlanılan, dünya okeanına çıxışdan məhrum Ermənistanın, üstəgəl, Rusiyanın marioneti olan bir simvolik dövlətin nə Şərqlə, nə də ələlxüsus Qərblə güclü əlaqələri mümkün deyil, ola bilməz. Regionla, dünya ilə geniş əlaqələrə malik olmaq üçün ilk növbədə qonşularla münasibətlər qaydasında, sərhədlər isə açıq olmalı, kommunikasiyalar, ərazidən keçən iri nəqliyyat arteriyaları, iqtisadiyyat üçün digər mühüm arteriyalar işlək vəziyyətdə çalışmalıdır.

Ermənistan bunların heç birinə malik deyil. Üstəlik, o, Azərbaycanla müharibə vəziyyətindədir. Rusiyadan vassal asılılığı da nəzərə alınarsa, bütün bunlar Qərbin böyük sərmayələrinin ölkəyə cəlb olunmasını mümkünsüz edir. Armen Sərkisyan isə sanki bu reallıqları görməzlikdən gələrək, öz qəpiyinin belə qədrini bilən, tükü tükdən seçən alman iş adamlarını “demokratik Ermənistan”da iş qurmağa çağırır, tər-təmiz blef edir.

Təsadüfi deyil ki, erməni prezidenti öz çağırışlarına qarşı tərəfdən nə müsbət cavab ala bilib, nə də pozitiv vəd. Çünki Qərbdən heç kəs işğalçı ölkəyə “xilas kəməri” atmayacaq - ta ki, Azərbaycanla böyük sülh anlaşması əldə olunana kimi. Bu mənada Ermənistan doğrudan da yol ayrıcındadır...

“Yeni Müsavat”ın analitik xidməti
OXŞAR MÖVZULAR