ABŞ təşvişdə: İki nəhəng dövlət ittifaq yaradır – Analiz

Bir müddət öncə ABŞ Rusiya və Pekinə qarşı bəzi tədbirlər həyata keçirməklə iki dünya nəhənginə eyni zamanda müqavimət göstərməyə çalışdı. ABŞ-ın yeritdiyi siyasətdən narazı qalan Pekin və Moskva isə Vaşinqtona qarşı tədbirlərlə bağlı birgə razılığa gəldilər.

Çinin Müdafiə naziri Vey Fenxe Moskva konfransında belə dedi:

“Çinin yeni müdafiə naziri kimi Rusiyaya səfər etmişəm. Əsas məqsəd ikitərəfli münasibətlərimizin yüksək inkişaf səviyyəsini dünyaya göstərməkdir”.

Vey çıxışı ilə açıq şəkildə Vaşinqtonu və bir çox Qərb ölkələrini təhdid etdi:

“Moskva beynəlxalq təhlükəsizlik konfransında iştirakımızla Rusiya tərəfini dəstəklədiyimizi, Çin və Rusiya silahlı qüvvələri arasında sıx əlaqələrin olduğunu amerikalılara nümayiş etdirmək istəyirik. Biz sizi dəstəkləmək üçün buradayıq. Çin tərəfi rusiyalı həmkarları ilə ümumi problemləri müzakirə etməyə hazırdır”.

Rusiya tərəfi öz növbəsində Pekin və Moskva arasında əməkdaşlığın yeni səviyyəsini yüksək qiymətləndirdiyini açıqladı. Rusiya Müdafiə naziri Sergey Şoyqu Moskva konfransında çıxışı zamanı məhz bu məqamı vurğuladı: “Hər iki ölkənin rəhbərliklərinin səyləri nəticəsində Rusiya-Çin münasibətləri bugünkü səviyyəsinə çatıb. Biz beynəlxalq təhlükəsizliyin təmin edilməsində əsas faktora çevrilmişik”.

Rusiya və Çinin bu yaxınlaşması ABŞ-ı qorxuya salıb. Çünki belə bir vəziyyətdə Pekin istənilən rus məhsulunu, eləcə də hərbi avadanlıqları əldə edə biləcək. Bundan başqa, Moskva və Çin böyük Avrasiyada hegemonluğunu artıracaq. Bu isə ABŞ-ın Avrasiyadakı mövqeyinin zəifləməsinə gətirib çıxaracaq.

Əgər Vaşinqton bu siyasətinə davam etsə, Çin-Rusiya münasibətləri günü-gündən möhkəmlənəcək. Dünyanın bir çox ekspertləri də bunu təsdiq edir.



Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: www.paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.