ABŞ təşvişdə – Vaşinqtonun TEZİSİ ÇÖKDÜ – ŞOK FOTOLAR

Afində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə ağır zərbələr alan YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) Hasekedə güclənməyə çalışır.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, terror təşkilatı şəhərin girişində yerləşən böyük lövhədən keçmiş prezident Hafiz Əsədin (indiki president Bəşər Əsədin atası –red.) şəklini endirərək onu PKK-nın lideri Abdullah Öcalan və digər terrorçuların şəkilləri ilə əvəz edib.

Bu isə PYD-nin PKK ilə bağlantısını növbəti dəfə sübut edib.

Qeyd edək ki, Türkiyə PYD-nin PKK-nın bir qolu olduğunu açıqlasa da, ABŞ bunu qəbul etmir və terror təşkilatına yardımlarını davam etdirir. ABŞ-ın terror təşkilatına yardımları Ankara-Vaşinqton xəttində gərginlik yaradan əsas məsələ hesab olunur.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.