ABŞ xəritə hazırladı: Suriya yerlə yeksan ediləcək – Şok

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon Suriya rejiminə məxsus 22 mühüm hədəfin xəritəsini hazırlayıb. Axar.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti məlumat yayıb.

Hədəflərin arasında İranın dəstəklədiyi qüvvələrlə bərabər, rus əsgərlərinin də olduğu Xüms, Tartus bazaları da var.

Məlumata görə, vurulması nəzərdə tutulan hərbi bazalarla bağlı Fransa, İngiltərə, ABŞ və İsrail birgə hərəkət edəcək. Suriyaya məxsus hərbi qərargahlar dəniz, hava və qurudan raketlə vurulacaq.

Suriyanın beynəlxalq əlaqələr üzrə mütəxəssisi Zəkəriyyə Molahafci də ABŞ-ın geniş xəritə hazırladığını, Suriyada 20-dən çox hərbi nöqtəni bir neçə gün ərzində vuracağını bildirib.

“Vurulması nəzərdə tutulan hədəflərin arasında hava limanları da var. Bundan başqa, Xüms, Dəməşq, Tartus, Hama, Hasəkə, Deyr əz-Zor və Rakka sərhədləri daxilində yer alan hərbi qərargahlar da müəyyən edilmiş hədəflər arasındadır”, – ekspert bildirib.

Qeyd edək ki, Şərqi Qutanın müxaliflərin nəzarətindəki Duma ərazisinə kimyəvi silahla edilən hücum zamanı 80 nəfər dünyasını dəyişib. Bundan sonra ABŞ-ın Suriyaya cavab zərbəsi endirəcəyi ilə bağlı iddialar səsləndirilib.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.