Çin Trampa meydan oxudu: “Oturub gözləməyəcəyik”

ABŞ Prezidenti Donald Trampın polad və alüminium idxalına gömrük rüsumu tətbiq edəcəyi barədə yayılan məlumat Çin tərəfdən narazılıqla qarşılanıb.

Çin xarici işlər nazirinin müavini Zanq Yesui ABŞ-la ticarət müharibəsi istəmədiklərini, ancaq qərar Pekinin maraqlarına zərər verəcəyi təqdirdə qiymətlərə dəyişiklik ediləcəyini bildirib: “Bu, müzakirə olunmalıdır. Qərarlar yanlış proqnozlarla qəbul edilərsə, qarşılıqlı əlaqələrə zərər verər və heç bir ölkənin görmək istəmədiyi nəticələrə səbəb olar. Qərardan sonra oturub gözləmək fikirimiz yoxdur”.

Qeyd edək ki, Tramp gömrük dərəcələrini polad üçün 25%, alüminium üçün isə 10% həcmində artırmaq istəyir. ABŞ qərarı, xarici ticarət kəsirini azaltmaq istəyi ilə izah olunur.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
[email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.