Donbasda 500 hərbçi… – Bu siyahı Moskvanı ŞOKA SALACAQ – FOTOFAKT

Ukraynanın “İnformasiya müqaviməti” qrupunun koordinatoru, deputat Dmitri Tımçuk Donbasda ölən Rusiyanın kadr hərbçilərinin adlarının yer aldığı siyahını dərc edib.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, siyahıda 103 nəfərin adı yer alıb.

“”İnformasiya müqaviməti” Rusiya Silahlı Qüvvələrinin Donbasdakı itkiləri haqqında məlumatların dərcinə başlayır. 2014-cü il. “Yük 200””, – o, Feysbukdakı səhifəsində yazıb.

Ukrayna Ali Radasının üzvünün sözlərinə görə, Donbasda Rusiyanın təxminən 500 kadr hərbi qulluqçusu öldürülüb və yaralanıb.

Qeyd edək ki, Rusiya hərbçilərinin məxfi dilində Donbasda döyüşdə həlak olanlar “Yük 200” adlandırılır. Rusiyanın bəzi hüquq müdafiəçilərinin məlumatına görə, Ukraynanın şərqində antiterror əməliyyatının gedişatında mindən çox Rusiya hərbçisi həlak olub.

Moskva isə Donbas münaqişəsində Rusiya hərbçilərinin iştirakı barədə bütün iddiaları rədd edir.

Рейтинг@Mail.ru
ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
[email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.