İsrail-İran müharibəsi başlayır – ABŞ kəşfiyyatından son dəqiqə açıqlaması

Ehtimal edilən İsrail-İran müharibəsi üçün poliqon artıq hazırdır. Müharibə perspektivli gərginlik tərəfləri Livana çəkir. Paytaxt.org teleqraf.com-a istinadən bildirir ki, ABŞ kəşfiyyatı İsrail-İran gərginliyinə dair ilginc faktlar əldə edib.

Kəşfiyyat orqanlarından KİV-ə sızdırılan məlumata görə, bir neçə gün əvvəl İsrail qırıcılarının (“F-35”) Livanın paytaxtı Beyrut üzərində manevr etməsi təsadüfi deyildi. Bu, mümkün müharibəyə hazırlığın yekun mərhələsi, yaxud, İsrail kəşfiyyatının poliqona son baxışıdır.

Artıq İsrailin Livanda İran və “Hizbullah”a qarşı mövqe tutduğu bildirilir.

Amerika kəşfiyyatı İsrailin İranı Livanda müharibəyə çəkəcək mümkün ssenariləri açıqlayıb. İlkin və klassik sayılan ssenari Suriyanın paytaxtı Dəməşq ətrafından tamamilə çıxarılan İŞİD terror təşkilatının Livana dislokasiyası ilə bağlıdır.

İddiaya görə, Suriyadan çıxarılacaq İŞİD tədricən Livanda yerləşdiriləcək. Bu, “Hizbullah” və “İslam Dövləti”ni üz-üzə qoyacaq gedişdir ki, İsrailə bölgədəki ən ciddi iki rəqibini vurmaq üçün ideal fürsət yaradır: İran və “Hizbullah”ı…
Mənbələrin iddiasına görə, İsrail Silahlı Qüvvələri və ABŞ-ın başçılıq etdiyi Anti-İŞİD koalisiyasının Livana daxil olmasına zəmin yaradacaq məsələ də bununla bağlıdır. Belə ki, İŞİD-in əsas qüvvələrinin Suriyadan çıxarılıb Livanda yerləşdirilməsindən sonra “İslam Dövləti”nə qarşı aparılan əməliyyatlar bu ölkənin ərazilərində davam etdirilə bilər. Belə bir vəziyyətin də İsraili İran və “Hizbullah”la üz-üzə qoyacağı dəqiqdir.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.