İsrail rejimi fələstinliləri gülləbaran etdi: 8 ölü, 900 yaralı

Cümə günü Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmada ölən və yaralanan fələstinlilərin sayı artıb. FaktXəbər-in “RİA Novosti”yə istinadən məlumatına görə, yerli hakimiyyət orqanının nümayəndəsi – Fələstin Səhiyyə Nazirliyinin rəsmisi Əşrəf əl-Kidr bildirib ki, İsrail ordusunun güllələri və tətbiq etdiyi qaz nəticəsində 8 fələstinli həlak olub, 900-dən çox insan xəsarət alıb.

Qırmızı Aypara Cəmiyyətinin mətbuat katibi İrab əl-Fukaha isə xəsarət alanların 218 nəfərinin döyüş güllələrindən yaralandığını xəbər verib.

Aksiyaçılar İsraildən Qəzza bölgəsinin blokadasına son qoymağı və fələstinlilərə qəsb olunmuş torpaqlara geri dönmələrinə imkan verməsini tələb edirlər.

Qeyd edək ki, ötən həftənin cümə günündən başlayan aksiyalarda ölənlərin sayı 25 nəfərə çatıb. Ümumilikdə, 1500 nəfərdən çox fələstinli yaralanıb.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.