Moskva Trampın təhdidinə konkret həmlə ilə cavab verdi: “Ordu Şərqi Quta bölgəsinə daxil olacaq”
Rusiya ordusu sabah Suriyanın Şərqi Quta bölgəsinə daxil olacaq.Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Əməliyyat İdarəsinin rəsi müavini, general Viktor Poznihir açıqlama verib.
O bildirib ki, Rusiya hərbi polisi artıq hazırdır və sabahdan kimyəvi hücum iddialarının yayıldığı Şərqi Qutanın Duma rayonuna doğru hərəkətlənəcək.
Rus general bununla yanaşı, kimyəvi silah hücumu ilə bağlı sensasion iddia irəli sürüb. Onun sözlərinə görə, bu hücumu Əsəd rejimi deyil, “Nusra Cəbhəsi” qruplaşmasının tərkibində hökumətə qarşı döyüşən “Ağ Beretli”lər qrupu edib.
Bu arada isə Rusiya prezidenti Putin də son günlərdəki ABŞ-ın təhdidlərinə təmkinli reaksiya verib.
O, Trampın bu gün “Hazır ol, Rusiya, çünkü xoş, yeni və ağıllı raketlərimiz gəlir” xəbərdarlığına  cavab olaraq, bildirib ki, dünyadakı vəziyyət çox narahatedicidir: “Biz sağlam düşüncənin hakim olacağına ümid edirik”.


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: www.paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.