Putin əmr verdi: Şimal Donanmas döyüşə hazırlandı – Video

Rusiya Soyuq Müharibə dönəmindən sonra ilk dəfə olaraq Şimal Qütbündə ABŞ-la sərhəddə hərbi təlimlər keçirib. Teleqraf.com xəbər verir ki, bu barədə “Ria.ru” məlumat yayıb. Qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putinin ordunun döyüşə hazırlıq səviyyəsini yoxlamaq məqsədi ilə Şimal Dəniz Donanmasına döyüşə tam hazır olmaq əmri verib.

Rusiya Müdafiə naziri Sergey Şoyqu Putinin əmri ilə Şimal Dəniz Donanması, Qərb Hərbi Region və hava desant birliklərinin bəzi hissələrinin döyüşə tam hazır vəziyyətə gətirilidiyini bildirib.

Şoyqu hərbi manevrlərin hədəfinin Rusiyanın təhlükəsizliyinə nəzarət edilməsi olduğunu söyləyib.

Şoyqu Şimal Dəniz Donanması, Qərb Hərbi Region və hava desant birliklərini modern silahlarla tam təchiz etdiklərini bildirib: “5 hücum botu, 7 logistik gəmi, 10 hava hücumundan müdafiə sistemi olmaqla 1090 müasir hərbi texnika ordunun istifadəsinə verilib. Həmçinin ‘İlya Muromets’ adlı yeni buzqıran gəmi, “Elbrus” logistik gəmi də yeni istifadətə verilən hərbi texnikaların sırasındadır.

Rusiyanın Şimal Qütbündə 4 hərbi bazası mövcuddur.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.