Putindən iki rəqibinə vəzifə təklifi: Qrudinin nazir, Sobçak qubernator…
Rusiyada növbəti dəfə prezident seçilən Vladimir Putin iki rəqibinə yüksək dövlət vəzifələri təklif edib.

Virtualaz.org “Arqumenti nedeli” həftəliyinə istinadən xəbər verir ki, bu təklif Putinin seçkilərin nəticələrinin açıqlanmasından sonra rəqibləri ilə keçirdiyi görüşdə verilib. Putin seçkinin digər iştirakçıları ilə görüşərək iki saatdan çox onlarla söhbətləşmişdi.

Putin iki rəqibinə vəzifə təklif edib: Qrudinin nazir, Sobçak qubernator?

Məlumata görə Putin Kommunist Partiyasının namizədi, Moskvadakı Lenin adına sovxozun direktoru Pavel Qrudininə və teleaparıcı Kseniya Sobçaka yüksək vəzifələr təklif edib. Sobçaka təklif edilib ki, ya prezident kvotası əsasında Federasiya Şurasına üzv olsun, ya da öz qabiliyyətini göstərə bilmək üçün o qədər də uğurlu olmayan regionlardan birinin quberantoru vəzifəsini üzərinə götürsün.

Qrudininə isə kənd təsərrüfatı naziri olmaq təklif edilib. İndiki kənd təsərrüfatı naziri Aleksandr Tkaçev isə istefaya göndəriləcək və ailəsinin kənd təsərrüfatı biznesinə rəhbərlik edəcək. Bildirilir ki, Qrudinin və Sobçak bu təkliflər barədə düşünəcəklərini deyiblər. Onların heç biri informasiyanı şərh etmir.

Mənbə: Virtualaz.org

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
[email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.