“PUTİNLƏ ƏRDOĞAN TÜRKİYƏDƏ “AKKUYU” NÜVƏ STANSİYASININ TƏMƏLİNİ QOYACAQ”

Gələn həftə Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

“Sherg.az” “Lefigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş naziri Binəli Yıldırım məlumat verib.

O qeyd edib ki, Rusiya lideri türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla birgə Türkiyədə ” Akkuyu” nüvə stansiyasının təməl daşını qoyacaqlar.

Qeyd edək ki, “Akkuyu” Türkiyədə yaradılacaq ilk nüvə stansiyası olacaq və bu stansiya 2023-cü ilə qədər isfadəyə veriləcək. Bu barədə sözügedən stansiyanın tikintisi ilə məşğul olacaq rusiyalı mühəndis Rostam bildirib.

Məlumat üçün bildirək ki, stansiyanın inşasına 20 milyard dollar (16 milyard avro) xərclənəcək. R.T. Ərdoğan bu layinəni müasir Türkiyə üçün ən yaxşı layihələrdən biri kimi dəyərləndirir.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
[email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.