Qadınların şampun qabına kamera yerləşdirdi – Görüntüləri pornoqrafik saytlara yüklədi

Yeni Zellandiyada bir nəfər şampun qablarında gizlətdiyi kamera ilə 34 qadını duşda olarkən çəkib və görüntüləri pornoqrafik saytlara yüklədiyini boynuna alıb. Onun 210 qadını gizli şəkildə çəkdiyi ortaya çıxıb.

GoldNews.Az xəbər verir ki, polislər 2017-ci ilin dekabr ayından bu vaxta kimi çəkilmiş 210 gizli görüntü əldə ediblər. Əksəriyyəti 30 yaşında olan gənc qadınlar cinayətkarın qonaq otağı olaraq işlətdiyi otaqlarda qalaraq duş otağına kamera yerləşdirildiyindən bixəbər olublar. Şampun qablarına yerləşdirilən kamera uzaqdan idarə edilib və bununla da cinayətkar qadınların çiyin və dizlərinin arasını nahiyyələrini çəkib. Bəzi videolarda qadınların üzləri də görünüb. Gecə olduğu zaman şampun qablarından kameranı çıxardan cinayətkar görüntüləri kompyuterinə köçürüb.

Bu görüntüləri daha sonra pornoqrafik saytda paylaşan cinayətkar izləyicilərindən yeni videolar qoyması üçün dəstək mesajları istəyib. Videoların altında qadınların etnik mənsubiyyətləri, bir çox şəxsi məlumatları qeyd olunub. Cinayətkarın saxlanılmasından sonra polislər bir-bir həmin qadınların hamısını tapıb və baş verənlərdən onları xəbərdar edib. Polis bütün videoları yox edib.

Cinayətkarın vəkili həyat yoldaşının sağlamlıq vəziyyətinə görə onun adının gizli saxlanılmasını məhkəmədən xahiş edib, məhkəmə “Burada ən məhrəm görüntüləri bütün dünyada paylaşılan 34 qadından danışırıq” sözləri ilə bu tələbə sərt reaksiya göstərib. Nəticədə isə məhkəmə arvadının sağlamlıq vəziyyətinə görə, cinayətkarln adını gizli saxlayıb. Saxlanılan şəxs 69 müxtəlif cinayətini boynuna alıb. Hələlik onun 14 il azadlıqdan məhrum ediləcəyi düşünülür. Məhkəmə yekun qərarını oktyabr ayında açıqlayacaq.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.