Qreqoryan İrəvanı biabır etdi: “Ciyəri çürük Ermənistan….”

Ermənistanda yaşayan intellektual gənclər böhrana görə ölkədən qaçırlar. Onları ölkədə saxlamaq üçün çoxlu pula ehtiyac var.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-da fəaliyyət göstərən “Aurora” təşkilatının sədri, erməni diasporunun rəhbər şəxslərindən biri Vartan Qreqoryan deyib.

O, xarici ölkələrdəki erməni diasporuna müraciət edərək Ermənistana ayırdıqları maliyyə vəsaitlərini artırmağa çağırıb:

“Ermənistanın iki ciyəri var: ən böyüyü Ermənistan, ən kiçiyi diaspordur. Böyük ciyərin çürüməsinin qarşısını almaq üçün daha çox işləmək lazımdır və diaspor Ermənistana çoxlu pul ayırmalıdır. Diasporun Ermənistandan heç nə istəməyə haqqı yoxdur, çünki Ermənistanın özünün yardıma ehtiyacı var.

Diasporun pul problem yoxdur, amma bu puldan Ermənistana xərcləyəcək qədər fədakar deyil. Nəzərə almaq lazımdır ki, Ermənistanın qonşuları ilə problemləri var. Bu vəziyyəti düzəltmək üçün işləmək lazımdır. İnttelktual gənclərimiz ölkədən qaçırlar, mən bunu da istəmirəm”.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.