Rusiya-ABŞ savaşı: məhv edilən pilotlar və qırıcılar – Şok faktlar

SSRİ sərhədlərini pozan ABŞ təyyarələrini dərhal məhv edib.Teleqraf.com xəbər verir ki, “soyuq müharibə”nin yenicə başladığı dövrlərdə ABŞ hərbçiləri dəfələrlə SSRİ-nin sərhədlərini pozmağa cəhd edib.

1953-cü il avqustun 29-da SSRİ Sakit Okean istiqamətində onun hava sərhədlərini pozan, lakin kimə məxsus olduğu bilinməyən təyyarənin qarşısını almaq məqsədilə iki ədəd MİG-17 təyyarəsini havaya qaldırıb.

Sovet pilotları SSRİ hava məkanını pozan təyyarənin ABŞ istehsalı olan Boeing RB-50G strateji kəşfiyyat təyyarəsi olduğunu müəyyən edib. Bu zaman ABŞ təyyarəsinin pilotu gözləmə mövqeyindən çıxaraq SSRİ təyyarələrinə atəş açıb, nəticədə MİG-lərdən birini məhv edib.

Qarşı tərəfin aialoqa keçmək, SSRİ hava məkanını hansı səbəbdən pozduğunu açıqlamayacağını görən rus pilotlar dərhal ABŞ kəşfiyyat təyyarəsinə həmlə edib. İlk atəşdən sonra kəşfiyyat təyyarəsi parçalanaraq dənizə düşüb. Kəşfiyyat təyyarəsində olan pilot Con Roque dünyasını dəyişib.

Bundan iki il sonra – 1955-ci ildə Kamçatka yaxınlığında ABŞ Hava Qüvvələrinə aid Boeing RB-47E kəşfiyyat təyyarəsi ilə SSRİ-yə məxsus olan iki qırıcı təyyarə (MİQ) arasında qarşıdurma baş verib. MİQ-lər ABŞ təyyarəsini məhv edərək 3 pilotu öldürüb.1960-cı il mayın 1-də İncirlik Hava Bazasından qalxan U-2 təyyarəsi SSRİ qırıcları tərəfindən məhv edilib. Bu hadisə az qala Moskva ilə Vaşinqton arasında yeni müharibəyə səbəb olacaqdı. ABŞ-a məxsus U-2 təyyarəsini Mərkəzi Kəşfiyyat İdarəsinin pilotu Gary Povers idarə edərək, SSRİ-nin ballistik raket sınaq mərkəzlərinin yerləşdiyi Sverdlovsk və Plesetks istiqamətinə yönəldib. Pilot Sverdlovsk istiqamətində yerdən açılan raketlərin təyyarəyə çatmayacağını düşünüb, ancaq az sonra səhvini anlayıb. SSRİ-nin yeni istehsal etdiyi SA-2 raketlərindən ikisi U-2 təyyarəsinin quyruq tərəfinə dəyib. Bu zaman amerikalı pilot paraşutla tullanaraq sağ qalsa da, idarə etdiyi təyyarə məhv olub.

Hadisəyə kölgə salan isə ABŞ təyyarəsinin qarşısını almaq üçün havaya qalxan SSRİ MİG-19 təyyarələrindən birinin vurulması və pilot Sergey Safronovun ölümü olub. Hadisə SSRİ-ABŞ münasibətlərini bir qədər də gərginləşdirib. İttiham edilən Povers 10 il həbsə məhkum edilib. Amma 1962-ci ildə KQB agenti Rudolf Abel ilə Şərqi Almaniyada dəyişdirilib və ABŞ-a qayıdıb.

Bu hadisədən iki ay sonra – 1960-cl ilin avqustun 1-də Norveç-SSRİ sərhəd ərazisində hava məkanını pozan Boeing ERB-47H strateji hərbi casus təyyarəsi SSRİ-nin MİG-19 qırıcısı tərəfindən məhv edilib. Təyyarədə olan 6 nəfərdən 4-ü ölüb, yalnız ikisi sağ qalıb. Sağ qalanlar SSRİ-də bir neçə ay həbsdə qalıb və 1961-ci ilin yanvarında azadlığa buraxılıblar.

1973-cü ildə isə SSRİ hava sahəsini İrana məxsus RF-4C Phantom təyyarəsi pozub. Təyyarədə iranlı pilotun yanında amerikalı pilot da olub. SSRİ Hava Qüvvələri dərhal havaya MİG-21 təyyarəsi qaldıraraq RF-4C Phantomu izləməyə başlayıb. MİG-21 dən açılan raketlərin heç biri hədəfə dəyməyib. Bu zaman MİG-21-in pilotu Gennadi Yeliseev təyyarəsini birbaşa RF-4C Phantomun üzərinə sürüb. İran təyyarəsinin pilotları paraşutdan istifadə edərək xilas ola bilib, rus pilot isə bunu bacarmayıb və həyatını itirib.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.