Rusiya, Türkiyə, NATO, KTMT… birgə toplantı keçirir

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Əfqanıstanla bağlı “Sülh prosesi, təhlükəsizlik və regional qarşılıqlı fəaliyyət sahəsində əməkdaşlıq” adlı beynəlxalq konfrans işə başlayıb.

Paytaxt.org Axar.az-a istinadən xəbər verir ki, konfransın açılış mərasimində Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni və Avropa Birliyinin baş diplomatı Federika Moqerini çıxış edəcəklər.

Plenar iclas zamanı isə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İranın Xarici İşlər nazirinin müavini Abbas Arakçi, NATO və KTMT daxil olmaqla, demək olar ki, iyirmiyə yaxın dövlət və təşkilatın yüksək səviyyəli nümayəndələrinin çıxışı gözlənilir.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.