Şərəfsizlər 9 türk əsgərini bele şəhid etdi – PKK-dan xain plan

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı 11 şəhid verməsinin detalları məlum olub. Axar.az xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, PYD-PKK terrorçuları mülki vətəndaşları qalxan edərək, türk əsgərlərinə pusqu qurub.

Hadisə baş verən gün terrorçulardan təmizlənən bir kəndin yaxınlığındakı 1027 nömrəli təpədə qərar tutan türk əsgərlərinə tərəf 70-80 nəfərlik bir mülki qrup yaxınlaşıb. Əsgərlər havaya xəbərdarlıq atəşi açsalar da, qrup geri qayıtmayıb.
Bundan sonra 16 əsgər sözügedən qrupun qarşısını almaq üçün onlara tərəf gedib. Bu an şərəfsiz mülki geyimli şəxslər əsgərlərə tərəf əl bombaları atıblar, kənarda gizlənən PKK-çılar isə raketlə hücuma keçərək, 9 əsgəri şəhid ediblər. Köməyə gələn helikopterin qəzaya uğraması nəticəsində isə daha 2 türk əsgəri həlak olub.
Qeyd edək ki, türk ordusu ötən gün 11 şəhid verib.



Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.