Terrorçuların Türkiyəyə keçmək üçün qazdıqları tunellər bombardman edildi

Suriyanın Afrin bölgəsində YPG/PYD/PKK-İŞİD terror təşkilatlarını məhv etmək, bölgə xalqının təhlükəsizliyini təmin etmək məqsədilə Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən həyata keçirilən “Zeytun budağı” hərəkatı 41-ci günündə uğurla davam edir.

Paytaxt . org Publika.az-a istinadən  xəbər verir ki, hərəkat çərçivəsində bugünədək 2184 terrorçu məhv edilib.

“Mehmetçik” PYD/PKK təşkilatlarının terror yuvasına çevirdiyi Sakarkaya Təpəsindəki xəndək və tunelləri bombardman edib. Terrorçuların bu tunellər vasitəsilə Türkiyə torpaqlarına keçidini planlaşdırdıqları üzə çıxarılıb. Təşkilatın Kilisin qarşısındakı Burseya ilə Darmıq dağları arasındakı təpəyə qırıcılar və top atışlarından qorunmaq üçün 5 metr dərinlikdə çuxur qazdıqları və onların içində qalın beton divarlar inşa etdikləri təsbit edilib.

TSQ ASELSAN-ın istehsal etdiyi gecə görüntülərini qeyd edə bilmək imkanına malik “Sərçə” adlı dronlarla bölgəni 24 saat nəzarətdə saxlayır.

Hərəkat çərçivəsində Afrinin qərb və şimal hissələrindəki terrorçu mövqeləri toplarla atəş altına alınıb. Kilisdəki sərhəd birlikərinə topçu batareyaları və sursatlar göndərilib.

“Zeytun budağı” hərəkatı çərçivəsində Afrin də daxil olmaqla, təhlükəsizlik hilalının tamamlanması üçün şəhərin mərkəzinə doğru irəliləyiş davam edir. Xüsusilə, Raco və Cinderes bölgələrində dinc sakinlərin zərər görməməsi üçün həssaslıq göstərilir.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
[email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.