Türk hərbiçiləri YPG-nin gizli tunelləri darmadağın edildi: 13 meyit

Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində terrorçulardan azad etdiyi Bekovası kəndində təxribatın qarşısı alınıb.

Paytaxt.org Axar.az-a istinadən xəbər verir ki, bir qrup terrorçu Kiçik Darmık dağında yerləşən tunellər vasitəsilə kəndə gizli hücuma cəhd edib.

Məlumata görə, türk əsgərinin sayıqlığı nəticəsində cəhdin qarşısı alınıb. Şiddətli döyüşlərdə 13 terrorçu məhv edilib. Terrorçuların gizli tunellərlə hücuma cəhd etdiyi Kiçik Darmık dağı artilleriya atəşinə tutulub. Həmçinin “Atak” helikopterləri dağdakı terrorçu mövqelərini darmadağın edib.



Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.