Türkiyəyə məxsus 100 zirehli maşın Afrinin bir addımlığında
Türkiyə Silahı Qüvvələrinin (TSQ) Afrində həyata keçirdiyi Zeytun Budağı əməliyyatının 50-ci günündə TSQ və Azad Suriya Ordusunun (OSÖ) terrorçuları zərərsizləşdirmək planı davam edir.
Zeytun Budağı Əməliyyatının 50-ci günündə türk əsgərləri Afrinin göründüyü təpələrdə qərarlaşıb.
Miq.AzTürkiyə mediasına istinadən xəbər verir ki, axşam saatlarında şərq rayonlarından gələn Jandarma Xüsusi Hərəkat(JXH) və Polis Xüsusi Hərəkat(PXH) birlikləri aid təxminən 100 ədəd zirehli maşın Suriyaya ərazisinə keçib.
Suriyaya girən JXH və PXH-ya aid qüvvələrin Afrin şəhərinin mühasirəsində vəzifə alacağı öyrənilib.
Nəhayət ki, bu gün Türk Silahlı Qüvvələri tərəfindən terrorçulardan təmizlənməsi məqsədiylə başladılan Zeytun Budağı Əməliyyatının 50-ci günündə hədəfdə olan Afrin görünüb.
Ətrafındakı kəndləri bir-bir alan TSQ və ASO gücləri bir neçə kilometrəyə qədər yaxınlaşdığı Afrin şəhər mərkəzini əhatələyən təpələrə yerləşib. Şəhər mərkəzinə cəmi 800 metr qalıb.
ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.