Xameneiyə qarşı QİYAM? – İranı şoka salan bəyanat

“İranın nüvə fəaliyyət 2015-ci il sazişi çərçivəsində qalacaq”.

Publika.az xəbər verir ki, bu haqda İranın Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi bildirib.

O, ABŞ-ın nüvə sazişindən çəkilməsinə baxmayaraq, Tehranın beynəlxalq vasitəçilərlə imzaladığı sazişə riayət edəcəyini açıqlayıb.

Qeyd edək ki, Əli Əkbər Salehinin bu bəyanatının İran ali dini lideri Ayətullah Əli Xameneinin dünən səsləndirdiyi bəyanatla zidd olması çaşqınlıq yaradıb. Xamenei qeyd edib ki, İran xalqı və dövləti nə sanksiyanın olmasını, nə də “nüvə texnologiyasının həbsini” qəbul edəcək.

“İranın Atom Enerji Təşkilatı borcludur ki, tez bir zamanda Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində sentrifuqaların sayının 190 min SWU-a (izotop ayırma qabiliyyəti) çatdırılması üçün işlərə başlasın”, – o bildirib.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.